Icma.az
close
up
RU
Ukraynanın Rusiyaya qarşı sadəcə özü üçün yox, həm Avropa, həm Qafqaz, həm də Türküstan üçün döyüşür

Ukraynanın Rusiyaya qarşı sadəcə özü üçün yox, həm Avropa, həm Qafqaz, həm də Türküstan üçün döyüşür

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Mediada yayımlanan müsahibələrdə və ya köşə yazılarında maraqlı ifadə ilə rastlaşırıq: "Ukrayna Azərbaycan üçün savaşır". 3 il əvvəl müharibə başlayanda Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna torpaqları uğrunda savaşdığını dilə gətirir, xalqını qorumağa çalışdığını iddia edirdi. Amma keçən müddət ərzində Ukrayna torpaqları da, xalqı da darmadığın oldu. Bu gün Ukraynanın 20 faizi işğal altındadır. Xalqı isə qaçqın və köçkün vəziyyətində. Ortada isə bitməyən bir müharibə var.Ukrayna kimin üçün savaşır?

Politoloq Qədir Aslan Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda bu mövzu artıq üç il əvvəl müharibə başlayandan bəri təqdim olunub: “Rusiya xüsusi xidmət orqanları tərəfindən Azərbaycanda zaman-zaman mətbuatda tirajlanır və çalışılır ki, bu tezisi çürütsünlər, bununla da Ukrayna savaşının postsovet məkanına aid olmadığını, ümumiyyətlə, heç əlaqədar bir məsələ olmadığını sübuta yetirsinlər, ictimai şüurua da bunu həzm etdirsinlər.

Ağlı başında olan, hərb tarixini bilən, bizim başımıza gələn faciələri dərindən bilən bütün insanlar bilir ki, postsovet məkanında baş verən Rusiya ilə əlaqədar xüsusilə hərbi müdaxilə, işğalla bağlı olan məsələlər üzvi və tarixi şəkildə bir-biri ilə əlaqədar məsələlərdir. Buna bir neçə sübut gətirmək olar. Bunlardan biri "sovet hökuməti necə yarandı" məsələsidir. Öncə onlar birləşdilər, yəni Rusiya, Belarus, Ukrayna. Onlar üçün birləşəndən sonra geridə qalan xalqlara daha çıxış yolu qalmadı. Bir-bir hamısını işğal etməyə başladılar.

Ukrayna Rusiyanın yanında olarkən qat-qat güclüdür. Ukrayna Rusiyanın yanında olarkən rus imperiyası məğlubedilməzdir.

Ukraynlar ruslarla bir yerdə silah tutarkən bir cəbhədə vuruşarkən iki imperiya yaradıblar. Böyük imperiya biri çar Rusiyası, biri də sovet imperiyası. Bu dəfə artıq həmin o üç müttəfiqdən biri özünə ayrı bir yol seçib. Bu da bilavasitə bizim taleyimizə təsir edir. Ukraynanın apardığı istiqlal döyüşü, Ukraynanın apardığı savaşda tökdüyü qan həm Avropanın gələcəyi üçündür, həm də postsovet məkanının gələcəyi üçündür.

Rus dövlətinin belə şüarı var: "Rusiyanın müttəfiqləri, onun ordusu və donanmasıdır". Hər ikisini son üç ildə Ukrayna silahlı qüvvələri xeyli dərəcədə zəiflədib sıradan çıxardıb deyə, özlərinin də dediyi o donanma və ordu artıq müttəfiq gücünü itirmişdir. Bunun da nəticəsində strateji boşluqlar yaranıb. Rusiyanın özünün hərbi doktrinasında mövcud olan bütün münaqişələr bu və ya digər şəkildə Rusiyanın milli təhlükəsizlik məsələsidir. Qafqazda Azərbaycan-Ermənistan məsələsi, həmçinin Mərkəzi Asiya, yəni Türküstan ellərində problemlər həllini tapdı. Bunlar imperiyanın yerləşdirdiyi bombalar idi, bir-bir çözülməyə başladı”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Noyabr 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see161

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see128

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri