Ukraynanın son ümidi puç olur: Amerikasız hərbi əməliyyat keçirə bilmərik”
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Aİ- nin orduları uzaqmənzilli mərmilərin ciddi çatışmazlığı ilə üzləşib.
Bu, NATO-nun Avropadakı müdafiə qabiliyyəti üçün ciddi təhlükə yaradır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Financial Times" (FT) NATO rəsmilərinə istinadən xəbər yayıb. Bildirilir ki, Avropa ölkələri eyni zamanda hərbi logistika və vahid hava hücumundan müdafiə sistemi yaratmaqda da problemlərlə üzləşiblər.
"FT" qeyd edir ki, Avropa uzaqmənzilli mərmilər və digər vacib silah sistemlərinin təminatında ABŞ-dən həddən artıq asılıdır. Əgər Donald Trampın prezidentliyi dövründə ABŞ-nin NATO siyasəti dəyişsə, Avropa müdafiə gücünü itirə bilər. "Avropa indi Ukrayna üçün böyük miqdarda artilleriya mərmisi istehsal edir.
Amma müasir sursatlar, uzaqmənzilli raketlər, yeni nəsil silahlar məsələsinə gəlincə, bu sahədə yalnız Amerika var", – deyə NATO rəsmilərindən biri "FT"-yə bildirib. Belçikanın müdafiə naziri Teo Franken vurğulayıb ki, Avropa İttifaqının əsas müdafiə sistemlərinin əksəriyyəti ABŞ-də istehsal olunur. NATO-nun keçmiş yüksək vəzifəli rəsmisi Kamilla Qrand isə açıq şəkildə etiraf edib:
"Amerikasız biz nə mürəkkəb bir hərbi əməliyyat keçirə, nə də sadə tapşırıqları yerinə yetirə bilərik".
Səbinə Uğur
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 19 Fevral 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















