Ukraynanın taleyini ukraynalıların iştirakı olmadan müəyyən etmək olmaz Makron
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Ukraynanın gələcəyini üç ildən artıqdır ki, öz azadlıqları və təhlükəsizlikləri uğrunda mübarizə aparan ukraynalılar olmadan həll etmək olmaz.
Turkustan.az xəbər verir ki, bunu X sosial şəbəkəsində Fransa prezidenti Emmanuel Makron bildirib .
O, Ukrayna prezidenti Vladimir Zelenski, Almaniya kansleri Fridrix Merz və Böyük Britaniyanın baş naziri Key Starmerlə danışdığını qeyd edib.
"Biz birlik ruhunda çalışaraq və İstəyənlər Koalisiyası çərçivəsində görülən işlərə əsaslanaraq, Ukraynaya dəstəyimizdə qətiyyətliyik", - Makron vurğulayıb .
Fransa lideri əlavə edib ki, avropalılar da həllin bir hissəsi olmalıdır, çünki onların öz təhlükəsizliyi təhlükə altındadır.
"Mən prezident Zelenski və avropalı tərəfdaşlarımızla yaxından əlaqələndirməyə davam edəcəyəm", - Fransa prezidenti yekunlaşdırıb.
Aytən Yaşar/ Turkustan.az


