“Ukraynanın vəziyyətini 1944 cü İl Finlandiyası ilə müqayisə etmək yanlışdır” Finlandiya Prezidenti
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukraynanın hazırkı vəziyyətini 1944-cü ildə Finlandiyanın durumuyla müqayisə etmək düzgün deyil.
Gununsesi.info xəbər verir ki, bunu Finlandiyanın prezidenti Aleksandr Stubb bildirib.
ABŞ prezidenti Trampın Avropa liderləri və Zelenski ilə Ağ Evdə keçirdiyi görüşün əvvəlində Finlandiya prezidenti bildirib ki, münaqişənin həlli bu il tapıla bilər — necə ki, 1944-cü ildə Finlandiyada baş vermişdi.
Onun sözlərinə görə, həmin vaxt ölkə müstəqilliyini qoruyub saxladı, lakin suverenliyinin bir hissəsini və ərazilərini itirdi. Lakin siyasətçi indi dəqiqləşdirib ki, o, yalnız böhrandan çıxış yolları axtarışı baxımından vəziyyətlər arasında paralel aparıb və Ukraynanın ərazi güzəştləri etməsini nəzərdə tutmayıb.
“Ukraynanın bugünkü əsas hədəfi həm onun ərazi bütövlüyünün, həm də suverenliyinin uzunmüddətli şəkildə qorunmasıdır”, – deyə o vurğulayıb.
Baxış sayı:116
Bu xəbər 19 Avqust 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















