Finlandiya Prezidenti: Ukraynanın bu müharibədə qalib gəlməsini təmin etməliyik
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Rusiyanı bu müharibəni bitirməyə məcbur etməliyik.
APA xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb Davosda Dünya İqtisadi Forumunda panel müzakirəsində bildirib.
Stubb Rusiyanın qalib gəldiyi barədə fikirləri təkzib edib. Finlandiya Prezidenti Rusiya qoşunlarının irəliləyişinin çox yavaş olduğunu və bunun böyük itkilər bahasına başa gəldiyini vurğulayıb.
“Dekabr ayında 34 min Rusiya əsgəri həlak oldu ki, sonra da Kupyanskın alındığını iddia etdilər, halbuki bu, baş verməyib”, - o bildirib.
Stubbun fikrincə, Moskva müharibəni dayandırmaq istəmir, çünki Rusiya üçün “bütün rus əsgərlərinə ödəniş etmək həddən artıq baha başa gələr”. Lakin onun qənaətincə, Rusiyanı sülhə məcbur etmək mümkündür.
“Biz onları bu müharibəni bitirməyə məcbur etməliyik. Burada edə biləcəyimiz iki şey var: birincisi, Ukraynaya bacardığımız hər şeyi vermək, ikincisi isə Rusiyaya iqtisadi təzyiq göstərmək və nəticədə Ukraynanın bu müharibədə qalib gəlməsini təmin etmək”, — Aleksandr Stubb əlavə edib.
Baxış sayı:37
Bu xəbər 22 Yanvar 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















