Ukraynanın xüsusi əməliyyatlarına bu şəxs RƏHBƏRLİK EDƏCƏK
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski xüsusi əməliyyatların keçirilməsinə cavabdeh əsas qurumlardan biri olan Təhlükəsizlik Xidmətinin (SBU) “A” Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəhbər təyin edib.
Bizim.Media “RBK.ua”ya istinadla xəbər verir ki, dövlət başçısı bu barədə №657/2025 saylı fərmanı imzalayıb.
Fərmana əsasən, Yevgeni Xmarın mərkəzin rəisi vəzifəsinə təyinatı təsdiqlənib.
O, bundan sonra dövlətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində xüsusi əməliyyatların və strateji tədbirlərin həyata keçirilməsinə rəhbərlik edəcək.
Qeyd edək ki, Xmar 14 aprel 2023-cü ildən SBU-nun “A” Xüsusi Əməliyyatlar Mərkəzində (Alpha Group) çalışır.
Onu da bildirək ki, bu xüsusi təyinatlı bölmə terrorizmə qarşı əməliyyatlar, yüksək dəyərli hədəflərin tutulması, qruplaşmış cinayətkarlığa qarşı mübarizə və strateji əhəmiyyətli taktiki əməliyyatlar kimi riskli və həssas tapşırıqları icra edir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 25 Avqust 2025 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















