Icma.az
close
up
RU
“UKRAYNAYA 200300 RAKET KİFAYƏTDİR...” “Rusiyanın hava hücumundan və raketdən müdafiə imkanları zəifləyib” AzPolitika onlayn siyasiictimai qəzet

“UKRAYNAYA 200300 RAKET KİFAYƏTDİR...” “Rusiyanın hava hücumundan və raketdən müdafiə imkanları zəifləyib” AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Çətin ki, açıq mənbələrdə Ukraynaya çatdırılan raketlərin sayı barədə məlumat tapa bilək. Aydındır ki, bu tip silahlardan istifadəyə icazə verildikdən sonra raketlər Rusiyadakı hərbi hədəflərə, eləcə də hərbi infrastruktur obyektlərinə doğru uçmağa başlayıb. Düşünmürəm ki, bu təchizatların həcmi o qədər əhəmiyyətli və böyükdür ki, onlar döyüş meydanındakı vəziyyəti kökündən dəyişdirə bilsinlər. Təbii ki, bu raketlərin xeyli hissəsi artıq istifadə olunub. Hesab edirəm ki, müəyyən hissəsi hələ mövcuddur, çünki son bir neçə gündə Ukrayna ordusu bu tip sursatlardan rus ordusuna maksimum ziyan vurmaq üçün kifayət qədər inamla və geniş miqyasda istifadə edir”.

“AzPolitika” xəbər verir ki, bunu tanınmış hərbi ekspert Vladislav Seleznev yerli mətbuata müsahibəsində Ukraynanın Rusiyadakı hərbi hədəfləri vurmaq üçün kifayət qədər ATACMS raketlərinə malik olub-olmaması barədə sualı cavablandırarəkən deyib.

“Nəzərə alın: biz bu tip raket silahlarından istifadə etməyə ordumuzun Kursk vilayətindəki hərəkətlərinə dəstək vermək üçün icazə almışıq. Belqorod, Bryansk və Kursk bölgələrinə faktiki zərbələr məhz bu amillə bağlıdır. Rusiya raketləri və rus artilleriya mərmilərinin saxlandığı arsenal bazası və anbarlar məhv edildikdən sonra bu mərmilərin heç vaxt Ukrayna ordusunun döyüşən hissələrinə verilməyəcəyi açıq-aydın görünür. Bu raketlər istifadə olunduqdan sonra Rusiyanın hava hücumundan müdafiə və raketdən müdafiə imkanları zəifləyib”, - o əlavə edib.

– Bu zərbələr Kursk istiqamətində nəyi dəyişə bilər?

- Bir ZRK batareyasının məhvi... Son bir neçə gün ərzində Kursk bölgəsinə təkcə S-400 ZRK məhv edilməyib. Bundan əlavə birbaşa Kurskda yerləşən S-400 kompleksinin buraxılış və geolaksiya qurğuları zurulub. Rusiyanın Z-publikaları guya adi təmir işlərinin aparıldığını, yəni texnikanın döyüş növbətçiliyində olduğunu bildirsələr də, dağıntı o qədər əhəmiyyətlidir ki, yaxın gələcəkdə bu texnikanın qalıqlarından istifadə olunacağı ehtimalı azdır.

Ukrayna ordusu çox rasionaldır: raket silahlarının kiçik ehtiyatları nəzərə alınmaqla, prioritet əhəmiyyət kəsb edən hədəflərə - bazalara, arsenallara, anbarlara, şəxsi heyətin, texnikanın, silahların, komanda məntəqələrinin cəmləşdiyi yerlərə zərbələr endirilir. Üstəlik, ən vacib obyektlərin yerin altında yerləşdiyini və bunun üçün konkret raketlərin lazım olduğunu nəzərə alsaq, Ukrayna ordusunun xidmətində olan müəyyən sayda raketlərin döyüş meydanında vəziyyəti kökündən dəyişdirə biləcəyini düşünmürəm. Amma mən möcüzəyə inanıram, prinsipcə, bu möcüzə tamamilə real rəqəmlərlə ölçülür - beton döşəmələri yarmaq və müəyyən qalınlığa nüfuz etmək qabiliyyətinə malik 200-300 ədəd raket kifayətdir.

– Zaporojye istiqamətində vəziyyəti necə qiymətləndirirsiniz?

– Rus ordusunun Zaporojye vilayətindəki imkanlarına gəlincə, mən skeptiklərdənəm. Elə bu gün rəqəm açıqlandı: Ukrayna kəşfiyyatı Zaporojye vilayətində 130 minə yaxın rus hərbçisinin cəmləşdiyini bildirir. Ancaq şübhəsiz ki, narahatlığa səbəb olan bir sıra amillər var. Birincisi, kifayət qədər adekvat rus general-polkovniki Mixail Teplinski amilidir. Təriflənən bu general Rusiya ordusunun hava-desant qoşunlarının başçısıdır və ən təsirli və səmərəli işləyən rus generallarından biri hesab olunur. Bu istiqamətdə düşünülməmiş ət hücumları yoxdur, bütün əməliyyatlar yüksək keyfiyyətlə hazırlanır və bundan heç də az olmayan keyfiyyətlə icra edilir. Məni ciddi narahat edən başqa bir amilə gəlincə, bu, dayanıqlı logistikadır.

Ukrayna ordusu Volnovaxa dəmiryol stansiyasını, eləcə də Azov dənizinin şimal sahili boyunca uzanan dəmir yolları şəbəkəsini atəş altında saxlamaq üçün artilleriyadan istifadə etmək qabiliyyətini itirdikdən sonra ruslar bundan fəal şəkildə istifadə etmək imkanı əldə ediblər. Bu o deməkdir ki, Rusiya hərbçiləri üçün meydan döyüşlərində lazım olan hər şeyin təchizatı kifayət qədər sabit olacaqdır. 130 minlik rus ordusunun Zaporojyeni işğal etmədən blokadaya alınmasına kifayət etməyəcəyi aydındır, lakin Ukraynanın cənubunda fəaliyyət göstərən Ukrayna ordusuna ən azı taktiki səviyyədə problem yaratmaq üçün kifayət qədər resurslar olacaq.

- 90 mindən 130 minə qədər hərbçinin bir istiqamətdə səfərbər edilməsi Rusiya ordusunun başqa istiqamətdə, məsələn, Kursk vilayətində zəifləməsi deməkdirmi?

- Düşünmürəm. Rusiya ordusunun bir neçə min hərbçisi İl-76 hərbi-nəqliyyat təyyarələri vasitəsi ilə Zaporojye vilayətinin cənub ərazisindən Rusiyanın bəzi hava-desant bölmələrinə köçürülüb. Zaporojye vilayətinin cənubunda Rusiyanın hərbi potensialının ciddi şəkildə azalmasından söhbət getmir. Hesab edirəm ki, orada olan qüvvə və vasitələrin sayı aktiv hücum əməliyyatları aparmaq üçün kifayət qədərdir.

Düşünürəm ki, burada çox şey Ukrayna Baş Qərargahının həyata keçirəcəyi gələcək tədbirlərdən asılı olacaq. Söhbət ilk növbədə, həmin mühəndis istehkam şəbəkəsinin yaradılmasından gedir. Elə bu günlərdə ABŞ hökuməti piyada əleyhinə minaların bir partiyasını Ukraynaya göndərmək qərarına gəldi - bu, kifayət qədər güclü mühəndis istehkam sistemlərinin yaradılmasına imkan verən son dərəcə vacib amildir, yəni yeni mövqelər tutmağa ümid var. Düşmənin malik olduğu resurslar və imkanlar çərçivəsində hərəkət edəcəyi göz qabağındadır.

Bu resursların nə qədər böyük olduğunu söyləməyə cəsarət etmirəm, yalnız ona görə ki, yaxın vaxtlara qədər hamımız illüziyalar içində idik. Sonra Ukrayna kəşfiyyatının rəhbəri Budanov iddia etdi ki, oktyabrın əvvəlində Rusiyanın hücum potensialı tamamilə tükənəcək. Gördüyümüz kimi, noyabr ayı başa çatır və cəbhənin ən azı yeddi sektorunda rus ordusunun hücumları davam edir, bəzilərində isə döyüşlər o qədər şiddətli, o qədər geniş miqyaslıdır ki, hələ ki, Rusiyanın hərbi resursları və imkanlarının tükənməsindən söhbət gedə bilməz.

– Əgər Rusiya ordusu texnikanın köməyi ilə hücuma keçsə, piyada əleyhinə minalar belə hücumu dayandıracaqmı?

– Təbii ki, piyada əleyhinə minalar tankları və digər zirehli texnikaları dayandırmayacaq. İstənilən müdafiə mövqeyi təkcə səngərlər, müvəqqəti atəş nöqtələri deyil: orada tam təchiz olunmuş şəxsi heyət olmalıdır, müvafiq tank və piyada əleyhinə mina sahələri olmalıdır, sabit rabitə vasitələri olmalıdır və s. Bütün bu proses kompleks olaraq həyata keçirildikdə ona qarşı mövqe tutmaq demək olar ki, mümkün deyil. Təbii ki, məni ümidləndirən amil ondan ibarətdir ki, son vaxtlar Zaporojye vilayətində müvafiq firma, müəssisə və təşkilatlar dəmir-betondan istifadə etməklə müdafiə istehkamları yaradırlar; prinsipcə, bu strukturların yüksək partlayıcı bomba və ya idarə olunan bombanın birbaşa zərbəsinə tab gətirəcəyinə zəmanət verilə bilər.

- Hava şəraiti vəziyyətə necə təsir edə bilər?

– Təbii ki, payız yağışları nəticəsində Ukraynanın torpaq yolları tam bataqlığa çevrilib, belə şəraitdə zirehli texnikadan aktiv istifadə etmək son dərəcə çətindir, lakin piyadaların hücumu mümkündür. Bəzən hava şəraiti və küləyin gücü imkan verərsə, dronlardan aktiv şəkildə istifadə oluna bilər. Aviasiya komponentinə gəlincə, düşünürəm ki, pilotların işi ilk növbədə hava şəraitindən asılıdır. İndi daha az aviasiya komponentlərindən istifadə etməyə başladığını göstərən bir sıra amillər və ilkin şərtlər var.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Noyabr 2024 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri