Icma.az
close
up
RU
Ukraynaya ərazi itkisini qəbullanmaq, müharibəni bitirmək və sülh müqaviləsi imzalamaq diktə olunur

Ukraynaya ərazi itkisini qəbullanmaq, müharibəni bitirmək və sülh müqaviləsi imzalamaq diktə olunur

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Zelenskinin Tramp ilə Oval Ofisdəki görüşü böyük bir fiasko ilə nəticələnmişdi. O, bu görüşdən sonra Avropa liderlərindən isti mesajlar alır, Avropanın ABŞ-dan kənar vahid xarici siyasət formalaşdıra biləcəyinə inanaraq, həmçinin Ukraynaya fərqli, daha yaxşı nəyinsə vəd ediləcəyinə ümid bəsləyərək Londona getmişdi. Lakin Londonda Britaniya Baş naziri Keir Starmer, daha sonra Avropa liderləri ilə baş tutan zirvə görüşü göstərdi ki, Ukrayna öz gözləntilərində yanılıb. Yəni, Londonda da təsdiqləndi ki, Ukrayna “Avro-Atlantik İttifaqında” yer almayacaq və kollektiv Qərb Ukrayna üçün vuruşmayacaq; Ukraynaya Avropa (o cümlədən, Türkiyə və digər dövlətlərin iştirakı ilə formalaşdırılacaq) sülhməramlı kontingenti – təhlükəsizliyinin təminatı olaraq göndəriləcək; lakin bu, yalnız Ukraynanın Rusiya ilə sülh sazişi imzalamasından sonra olacaq.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, sammitə qatılmaqdan imtina edən Macarıstan Baş naziri Viktor Orban bu görüşü Ukraynaya vəd olunan hərbi yardımlar fonunda onun Rusiya ilə savaşa davam etməyə sürüklənməsi olaraq xarakterizə etdi: “Görüşdə Britaniya Ukraynaya 2 milyard dollar həcmində hərbi yardım edəcəyini bəyan etdi. Lakin onu da nəzərə alaq ki, sülhə nail olmayınca ABŞ tərəfindən Ukraynaya artıq hər hansı yardım göstərilməyəcək. Tramp müvafiq qərarın verilməsi üçün bu gün öz milli təhlükəsizlik müşaviləri ilə görüş keçirəcək. Halbuki, ABŞ-dan Ukraynaya 350 milyard dollar yardım vəd edilmiş, indiyədək onun təqribən 70 milyardı Ukraynaya çatmışdı. Hətta ABŞ rəhbəri təhdidin dozasını bir az da artıraraq Zelenskinin şəxsi motivasiyası ilə bu cür qeyri-konstruktiv davrandığına görə hakimiyyətini itirə biləcəyini, danışıqların başqa bir şəxslə davam etdirilə biləcəyini irəli sürüb. ABŞ-ın dəstəyinin itirilməsini nəzərə alsaq, Avropanın Ukraynaya “mütəvazi” dəstəyi qələbə üçün yetərli sayıla bilməz”.

Şəhla Cəlilzadə

Şəhla Cəlilzadə qeyd edib ki, Avropanın üç əsas aparıcı dövləti olan Britaniya, Fransa və Almaniyanın ABŞ siyasətindən kənar siyasət formalaşdırmaq potensialı da yoxdur: “Britaniyanın ABŞ-la təbii müttəfiqliyi, Fransanın bütün dünyada gözdən düşən reputasiyası və Fransanın hər zaman mövcud olan vahid Avropa siyasəti inşa etmək arzusunun reallaşmaması, Almaniyanın Rusiya ilə enerji əməkdaşlığını bərpa etməklə bağlı maraqları və ABŞ-ın açıq təhdid mesajları fonunda real olaraq qiymətləndirsək, Ukraynaya ərazilərinin itirildiyi qəbullanmaq, Rusiya ilə müharibəyə son vermək, sülh müqaviləsi imzalamaq diktə olunur. Əvəzində sülhməramlı kontingent və bərpa üçün dəstək vəd edilir”.

Politoloqun fikrincə, bu dəstək də havayı deyil, əvəzində Ukrayna öz təbii sərvətlərini Qərbin istismarına verməlidir: “Ən qəribəsi də odur ki, bu qədər qanlı səhifələrin ideya müəllifi olduqdan sonra ABŞ rəsmiləri Ukrayna liderinə məsləhət görür ki, o, həm Rusiya ilə, həm də Qərb ilə bərabər-səviyyəli münasibətlər inşa etməyə başlamalıdır. Nəticə olaraq, “Qonşuya ümid olan ac qalar” atalar sözümüz hazırda Ukraynanın timsalında “Qərbə ümid olan…” şəklində ifadə oluna bilər”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Mart 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri