Ukraynaya görə bu iki ölkəyə təzyiq edilir Blumberq
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kiyevin Rusiyanın artan hava hücumlarına qarşı mübarizə apardığı bir vaxtda NATO və AB ölkələri İspaniya və Yunanıstana “Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verməsi üçün təzyiq göstərirlər.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq”in məlumatında deyilir.
AB rəsmisinin sözlərinə görə, bu məsələ çərşənbə axşamı və çərşənbə günü AB müdafiə və xarici işlər nazirlərinin Dublində görüşündə gündəmdə olacaq.
Bildirilib ki, Ukrayna son aylarda Moskvanın artan zərbələrini dayandıra bilmədiyini iddia edərək, əlavə hava hücumundan müdafiə sistemləri tələb edir. Ölkə xüsusilə “Patriot” sistemi üçün əlavə təchizata ehtiyac duyur.
Bu məqamda İspaniya və Yunanıstanın Ukraynanın müttəfiqləri arasında ən böyük “Patriot” tutucu sistemlərindən bəzilərinə sahib olduğu bildirilir. Hər iki ölkənin həm də istifadə müddəti sonuna yaxınlaşan tutucu raket ehtiyatları var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 01 Sentyabr 2026 08:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















