Ukraynaya PUA zərbələri Avtomobil salonu və yaşayış kompleksi yandı VİDEO
Icma.az bildirir, Bakupost portalına istinadən.
Bu gün Rusiya “Shahed” tipli kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə Ukrayna paytaxtına hücum edib. Nəticədə mülki xeyli ölən və yaralanan var, obyektlərə ziyan dəyib.
Bakupost.az xəbər verir ki, PUA çırpılması nəticəsində “Renault” avtomobil salonu tamamilə yanıb. İlkin məlumata görə bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Hadisə yerindən yayılan videolarda yanğınların geniş ərazini əhatə etdiyi görünür.
Eyni zamanda, Kiyevdə “Slavutich” yaşayış kompleksinə “Shahed” PUA-sı çırpılıb. Hadisə zamanı bir neçə mülki şəxs baş və bədən xəsarətləri alıb. Sosial mediada yayılan videoda PUA-nın düşmə anı və binaya vurduğu zərbədən sonra partlayış əks olunub.
Ukrayna rəsmiləri hücumları mülki əhaliyə qarşı terror aktı kimi qiymətləndirir və beynəlxalq ictimaiyyəti müdafiə sistemlərinin gücləndirilməsinə çağırır. Hazırda xilasedici və təcili yardım briqadaları hadisə yerlərində fəaliyyət göstərir.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 27 Dekabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















