“Ukraynaya sülhməramlı göndərmək uyğun deyil” Rumıniyanın yeni seçilmiş prezidenti
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rumıniyanın yeni seçilmiş Prezidenti Nikuşor Dan Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi ideyasına münasibət bildirib və müharibənin sonu ilə bağlı proqnozunu açıqlayıb.
"Politico"-ya verdiyi müsahibədə Dan vurğulayıb ki, Rumıniya Ukraynaya öz ərazisindən dəstəyini gücləndirməyə hazırdır, lakin birbaşa hərbi müdaxiləni “uyğun hesab etmir”.
“Ukraynada sülhü təmin edəcək orduya qoşulmaq – yox. Mən düşünürəm ki, bu, Rumıniya ilə Rusiya arasında onsuz da mövcud olan gərginlik fonunda çox da uyğun olmazdı”, – deyə Dan bildirib.
O, eyni zamanda ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə “razılaşma axtarışlarını” da tənqid edib. Danın fikrincə, Putinin qeyri-real tələbləri sülh perspektivləri üçün yaxşı heç nə vəd etmir.
Rumıniya prezidenti vurğulayıb ki, Ukrayna ilə bağlı bütün qərarlar yalnız ukraynalıların özlərinin iştirakı və razılığı ilə verilməlidir. O, yaxın vaxtlarda müharibənin bitəcəyinə dair nikbin olmadığını da bildirib.
“Mən sülhün tezliklə gələcəyinə çox optimist yanaşmıram. Ancaq eyni zamanda sevinirəm ki, Avropalılar birlikdə Ukraynanı ən rasional sülhə nail olana qədər dəstəkləmək qərarına gəliblər”, – deyə Dan qeyd edib.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 21 May 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















