Icma.az
close
up
RU
Статья не опубликована
Ukraynaya Yeni Təzyiqlər: ABŞ və Avropa Kompromis Axtarışında

Ukraynaya Yeni Təzyiqlər: ABŞ və Avropa Kompromis Axtarışında

Icma.az, Aznews.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“ABŞ-ın Ukrayna və Rusiya arasında danışıqlardan çəkilməsi, əslində müəyyən mənada şantaj xarakteri daşıyır. Bu addım Kiyevə danışıqlar masasında qalmaq və müəyyən güzəştlərə getmək üçün təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. ABŞ-ın danışıqlardan geri çəkilməsi, eyni zamanda, Vaşinqtonun Ukraynaya hərbi və maliyyə dəstəyini dayandıra biləcəyi mesajını verir ki, bu da Ukrayna üçün ciddi risklər yaradır. ABŞ vitse-prezidentinin də qeyd etdiyi kimi, əgər Ukrayna kompromisə getməzsə, gələcəkdə onun qarşısında daha ağır şərtlər qoyula bilər”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Qeyd edək ki, Böyük Britaniya, Almaniya və Fransa, ABŞ-ın Ukrayna münaqişəsinin sülh yolu ilə həllindən çəkilə biləcəyindən ehtiyat edirlər və Kiyevi bəzi ərazilərdən imtina etməyə razı salmağa çalışırlar. Londonda keçirilən danışıqlara istinadən, Avropa ölkələri Kiyevin “qırmızı xətləri”ni aşmadan, bəzi ərazilərdən geri çəkilməsini təmin etmək istəyirlər. Həmin ərazilərin nə olduğu açıqlanmasa da, Krımın Rusiya ərazisi kimi tanınmasına qarşıdırlar, çünki bu, beynəlxalq hüquqa ziddir.

Politoloqun sözlərinə görə, məhz bu səbəbdən Avropa ölkələri də Ukraynanı müəyyən güzəştlərə getməyə razı salmağa çalışırlar.

“Hazırda Ukrayna üçün son dərəcə çətin bir vəziyyət yaranıb. Belə ki, Ukrayna siyasi liderinin ərazi güzəştlərinə getməsi və bunu rəsmən tanıması onun siyasi karyerası üçün “siyasi intihar” və ümumilikdə Ukrayna dövlətçiliyi üçün ciddi təhlükə ola bilər. Bununla belə, mövcud vəziyyət fonunda müəyyən təzyiqlər nəticəsində Ukraynanın kompromislərə getməyə hazırlaşması ehtimalı artır. Artıq bunun ilkin siqnalları da görünməkdədir. Məsələn, Kiyev meri də Prezident Zelenskinin müəyyən addımlar ata biləcəyi barədə ehtimallardan danışır. Bu isə onu göstərir ki, Ukrayna siyasi elitasında da kompromislərlə bağlı düşüncələr formalaşmağa başlayır. Əlbəttə, Krım məsələsi xüsusilə həssasdır. Krımın Rusiya ərazisi kimi tanınması və Rusiyanın bu bölgədə mövqeyini daha da gücləndirməsi, Avropa təhlükəsizliyi üçün ciddi nəticələr doğura bilər. Bu, faktiki olaraq Qara dənizdə Rusiyanın nəzarətinin güclənməsi anlamına gəlir və Avropa ölkələri üçün qəbuledilməz bir ssenaridir”.

Politoloq əlavə edib ki, ərazi güzəştləri məsələsi kifayət qədər mürəkkəb və həssas mövzudur:

“Bu səbəbdən, indidən realist və tərəfləri razı sala biləcək konkret bir həll variantından danışmaq çətindir. Avropa ölkələrinin Ukraynanı müəyyən kompromislərə vadar etmək səyləri, əslində, ABŞ-ın ümumi strategiyasına uyğun gəlir. Vaşinqton bu yolla həm mövqeyini qorumağa, həm də gələcək planlarını reallaşdırmağa çalışır. Eyni zamanda Avropa ölkələri də ABŞ-ın dəstəyinin tam kəsilməsinin qarşısını almaq və öz maraqlarını qorumaq üçün Ukraynanı güzəştlərə razı salmağa çalışacaqlar”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 25 Aprel 2025 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see261

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see221

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see154

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see153

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see137

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see137

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri