Icma.az
close
up
RU
Avropa İttifaqı yeni “USAID mexanizmi” axtarışında...

Avropa İttifaqı yeni “USAID mexanizmi” axtarışında...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əsl məqsəd isə...

Avropa İttifaqı xarici siyasətini şaxələndirməyi planlaşdırır. Bir çox qərb siyasətçiləri iddia edirlər ki, rəsmi Brüssel özünün yumşaq güc siyasətini formalaşdırmaq niyyətindədir. Son zamanlar Aİ-nin yüksək rəsmilərinin bu barədə müxtəlif bəyanatları intensiv xarakter almağa başlayıb. Məsələn, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas jurnalistlərə açıqlamasında bəyan edib ki, Brüssel üçüncü dünya ölkələrində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yerini qismən doldurmağı nəzərdən keçirir və həmin ölkələrdə  “demokratiyanın təşviqi” ilə bağlı layihələri davam etdirmək istəyir. Onun sözlərinə görə, Aİ-yə üzv ölkələrin XİN rəhbərləri təşkilatın İnkişaf Məsələləri üzrə Şurasının növbəti iclasında USAID-in inkişaf yardımı layihələrindən çıxmasının nəticələrini və Aİ-nin özünün bu yöndə siyasətini qurmaq imkanlarını müzakirə edəcəklər. Kallas əlavə edib ki, Brüssel bu boşluğu doldurmaya bilər, amma sözügedən ölkələrdə demokratiya, media azadlığı və insan hüquqlarının təmin olunması istiqamətində addımlarını intensivləşdirəcək.

Qeyd edək ki, Tramp administrasiyası bu ilin fevralın 3-də USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. Tramp USAID-i dəluduzluqda və korrupsiyada ittiham edib. ABŞ Dövlət Departamentinin fevral ayında dərc olunan bəyanatında da qeyd olunur ki, USAID-in proqramlarının əhəmiyyətli hissəsi ölkənin əsas maraqlarına cavab verməyib. 

Ümumiyyətlə,  USAID-ə qarşı beynəlxalq ictimaiyyətin münasibəti də birmənalı deyil. Bu günə qədər agentliyin gizli fəaliyyəti ilə bağlı bir sıra məlumatlar yayımlanıb,  adı korrupsiya və qeyri-qanuni işlərdə hallanıb.

Aİ qlobal siyasi aktora çevrilmək istəyir

Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə fikirlərini bölüşən politoloq Əlimusa İbrahimov qeyd edib ki, Avropa İttifaqının USAID-ə bənzər təşkilat yaratmağı planlaşdırması dünyanın bir çox regionlarında geostrateji və geosiyasi maraqlarını genişləndirmək niyyətindən irəli gəlir. Ekspert bildirib ki, Aİ mərkəzləşdirilmiş, strateji  dəyərlərə əsaslanan yardım vasitəsilə inkişaf etməkdə olan ölkələrdə qlobal mövcudluğunu və təsirini gücləndirməyi hədəfləyir. “Aİ qlobal səhnədə öz gücünü təkcə geoiqtisadi deyil, həmçinin yumşaq güc siyasəti baxımından daha effektiv şəkildə nümayiş etdirmək istəyir. USAID tipli agentlik yaratmaqla Aİ geosiyasi aktor rolunu möhkəmləndirmək və başqa dünya gücləri ilə rəqabət aparmaq istəyir”, -deyə Ə.İbrahimov vurğulayıb. Ekspert, həmçinin əlavə edib ki, Aİ-nin yardımı hazırda bir çox qurum və üzv dövlətlər tərəfindən idarə olunur. “Bu o qədər də effektiv və səmərəli mexanizm deyil. Əgər mərkəzləşdirilmiş agentlik yaradılarsa, bu, inkişafa yardım əməliyyatlarını sadələşdirəcək, koordinasiyanı təkmilləşdirəcək və maliyyə yardımlarının düzgün icra olunmasını təmin edəcək. Eyni zamanda, Aİ-nin burada digər hədəfi pandemiyalar, münaqişələr və ya iqlim fəlakətləri kimi qlobal böhranlara daha çevik və strateji şəkildə cavab vermək potensialı formalaşdırmaqdır”. 

Aİ ABŞ-ın səhvlərini təkrarlayır

Politoloq İlqar Vəlizadə isə bildirib ki, Aİ ABŞ-ın köhnə siyasətini davam etdirmək istəyir: “Açıq-aşkar görünür ki, Avropa İttifaqı Amerikanın ənənəvi yumşaq güc siyasəti strategiyasını mənimsəməyə çalışır. Aİ-nin liderləri hesab edirlər ki, bu, qurumun demokratiya, söz azadlığı və insan hüquqları adı altında müxtəlif ölkələrdə maraqlarının təmin olunmasına yol açacaq. Ümumiyyətlə, USAID agentliyi müəyyən prinsiplər üzərində qurulmuşdu. Bu agentlik ABŞ-ın yumşaq güc siyasətinin təməli idi. Əsas prinsipi isə üçüncü dünya ölkələrində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına dəstək vermək, həmin təşkilatlardan istifadə etməklə bu və ya digər şəkildə sözügedən ölkələrdə ABŞ-ın geosiyasi və geostrateji maraqlarını təmin etmək idi. Vaxtilə Vaşinqton Avropa, Asiya və Afrikada yerləşən ölkələrlə münasibətlərini öz maraqlarına uyğun formada inkişaf etdirmək və bu ölkələrdə iqtisadi layihələrini həyata keçirmək üçün USAID-dən istifadə edirdi. İndi də Avropa İttifaqı buna bənzər mexanizm yaratmaq istəyir. Güman edirəm ki, Avropada hansısa dairələr bu mexanizmin Aİ-yə öz hədəflərinə çatmasına kömək edə biləcəyini düşünür”, - deyə İ.Vəlizadə bildirib. O əlavə edib k, Aİ-nin bu səyləri heç bir nəticə verməyəcək: “Hazırda Avropada siyasi güc mərkəzləri arasında rəqabət gedir. Belə olan halda bu kimi həssas məsələlərdə vahid siyasət yürütmək qeyri-mümkündür. Aİ ABŞ-ın səhvlərindən nəticə çıxarmaq istəmir”.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 May 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see329

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see299

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see286

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see283

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see274

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see253

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see241

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see237

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see229

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see207

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see206

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see199

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see198

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see197

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see195

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see192

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see190

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see186

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri