Icma.az
close
up
RU
“Ulduz Cup”un çempionu: “Bu uğur tək bizim deyil”

“Ulduz Cup”un çempionu: “Bu uğur tək bizim deyil”

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Neftçi” 12 yaşadək futbolçular arasında keçirilən II “Ulduz Cup” beynəlxalq turnirinin qalibi olub. Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən yarışın final matçında komandamız Özbəkistanın “Paxtakor” klubunu oyunsonrası penaltilərdə məğlub edərək kuboka sahib çıxıb – 1:1; 5:4 – pen.

İkinci dəfə Azərbaycanda keçirilən turnirdə 7 ölkədən 12 komanda mübarizə aparıb. Turnirin qrup oyunlarında “Sabah” (0:0), Qazaxıstanın “Şaxtyor Qaraqanda” (1:1) və Özbəkistanın “Paxtakor” (1:0) klubları ilə qarşılaşan “Neftçi” 1/4 finalda Özbəkistan “Bunyodkor”unu (1:0), yarımfinalda isə Tbilisi “Dinamo”sunu (0:0; 5:4 – pen.) məğlub etmişdi.

“Neftçi”nin U-12 komandasının baş məşqçisi Elnur İmamquliyev saytımıza açıqlamasında turnirlə bağlı fikirlərini bölüşdü:

“Turnirin təşilatçılarına təşəkkür edirəm. Maraqlı yarış alındı. Qrup mərhələsində güclü rəqiblərimiz var idi. Buna baxmayaraq, yaxşı oyun və əzmkarlıqla finala qədər gəldik və sonda kuboku qazandıq. Komandamda hər kəsə təşəkkür edirəm. Uğur tək bizim deyil”.

Mütəxəssis turnirdəki çıxışı il seçilən qapıçı Elmar Abbaslı haqda danışdı:

“Elnur gözəl oynadı. Penaltilər seriyasındakı çıxışı ilə kubok qazandırdı. Həm də turnirin ən yaxşı qapıçısı seçildi. Ancaq tək Elmar deyil, bütün komandam əla çıxış etdi. Uşaqlara əhsən düşür. Biz bir ailəyik. Çempionluqda hər kəsin payı var, hamını təbrik edirəm”.

Azərbaycanda uşaq futbolunun inkişafı canlanması üçün belə turnirlərin keçirilməsi mühümdür. Oyunçuların erkən yaşda beynəlxalq təcrübəyə sahib olması onların gələcək karyerasında əvəzsiz rol oynayacaq.

Tək “Neftçi” deyil, son dönəmlərdə “Qarabağ”, “Sabah” kimi klublar akademiya komandalarını beynəlxalq turnirlərə yollayır, qənaətbəxş nəticələrlə adlarından söz etdirirlər. Turnirlərin sayının artması tək oyunçuların deyil, məşqçilərin də yararınadır.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 06 Avqust 2026 08:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri