Icma.az
close
up
RU
Статья не опубликована
“Ulduz Metrosunun Uşaqları” kimləri hədəfə alıbmış?

“Ulduz Metrosunun Uşaqları” kimləri hədəfə alıbmış?

Icma.az xəbər verir, Aznews.az saytına əsaslanaraq.

Mediadan çoxlarına bəlli olan diplomat Ramiz Vəliyev beynəlxalq tədbirlərin ölkəmizdə keçirildiyi dövrdə dövlətə qarşı təxribat xarakterli kampaniyaların araşdırılması ilə bağlı davam edən cinayət işi üzrə həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata əsasən, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində məsul vəzifələrdə çalışmış Ramiz Vəliyevin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə törədilmiş əməllərdə şübhəli bilindiyi məlum olub.

Belə ki, onun öz xidməti vəzifələrindən irəli gələn əlaqə və informasiyalara malik olmaqla, diplomatik fəaliyyətdən kənar gizli əməllərlə də məşğul olduğunu ehtimal etməyə əsaslar yaranıb.

R. Vəliyev uzun müddət dövlətin səbrinə məhəl qoymadan onun əleyhinə fəaliyyətində heç də tək olmayıb. O və onun kimi bir neçə şəxsdən ibarət olan dəstə əsl detektiv seriallarda olduğu kimi şəbəkə formasında dövlət içərisində dövlətçilik etmək niyyətinə düşmüş təşkilat tərəfindən idarə olunub. Həmin təşkilat şərti olaraq “Ulduz Metrosunun Uşaqları” (UMU) adlandırılıb. Şəbəkə üçün çox mükəmməl təhlükəsizlik parametrləri olan internet resursu yaradılıb və onun ixtiyarına verilib, dövlətə qarşı informasiya təxribatları və istintaqla araşdırılmalı olan diversiyalar törədilib.

R.Vəliyevin fəaliyyəti kuratorları Niyaz və Toğrul adlı şəxslər tərəfindən idarə olunub. Düzdür, iz itirmək üçün Niyaz qısa zamanda işdən azad edilsə də, bu heç də onun və digər kuratorların istintaqdan yayınacağı anlamına gəlməməlidir.

Azərbaycanın Misirdəki Səfirliyində müşavir vəzifəsində çalışaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edən Ramiz Vəliyev ölkənin maraqlarını qorumaq əvəzinə, “mənəm-mənəmlik” sindromundan əziyyət çəkən bir qurumun rəhbərinin əmrləri ilə öz dövlətinə qarşı işləyib. Şəbəkə Xarici İşlər Naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi Hikmət Hacıyev, Prezidentin xüsusi nümayəndəsi Elçin Əmirbəyov xarici ölkələrə səfər edən zaman Bakıdakı kuratorları vasitəsilə təlimatlar alaraq həmin ölkələrin Xarici İşlər Nazirliklərinə, Azərbaycana düşmən kəsilmiş media resurslarına kompromatlar ötürüb, “diktatura” rejimini təmsil edən bu şəxsləri qəbul etməməyə çağırıb. R.Vəliyev XİN sistemində işə bərpa olunduğu üçün onun daxili materiallara çıxışı olub və ətrafına çəkdiyi mütəşəkkil dəstə vasitəsilə bu materialları aidiyyəti ünvanlara ötürüb.

Dəhşətlisi budur ki, bu adamların iş prinsipi Ermənistan və erməni lobbisinin iş prinsipləri ilə eynidir.

Bu şəbəkənin əsas işlədiyi və məlumat ötürdüyü şəxs Azərbaycan xalqının düşməni olan Rasmus Kanbek (Rasmus Canbäck) olub: Bu ad Azərbaycan ictimaiyyəti üçün çox şey deməsə də, Qərbdən idarə edilən, xüsusilə erməni diasporu/lobbisi ilə bu və ya digər formada bağlı olan şəbəkənin “xaç atalarından” biridir (bax - https://qafqazinfo.az/news/detail/rasmus-kanbekin-azerbaycandaki-agentleri-446091).

İsveçli olan Kanbek “frilanser” kimi fəaliyyət göstərir. Məqalələrinin əsas yayım platforması isə “Blankspot” internet jurnalıdır. Uzaq Skandinaviyadan olan Kanbekin bütün jurnalistika fəaliyyəti əsasən Azərbaycana qarşı məqalələrin hazırlanmasından ibarətdir. Onun məqalələri sayəsində “Blankspot” saytı təmsil etdiyi ölkənin, yaxud regionun məsələlərindən daha çox, Azərbaycan haqqında yayımçıya çevrilib.

Kanbekin Azərbaycanla məqalələrində iki ana xətt yer alır:

- OCCRP-nin əsassız iddialarının davam etdirilməsi;

- Ermənistanın maraqlarının müdafiəsi, xüsusilə Qarabağda keçmiş cinayətkar rejimin dəstəklənməsi.

Ayrı-ayrı şəxslərin üzərində işləyib onlardan şəbəkə formalaşdıran, dövlət içərisində dövlətçilik etmək istəyən UMU-nun iş metodları artıq çoxdan məlumdur. Bu həmin şəbəkədir ki, Azərbaycan mediasına bir ara Prezident Administrasiyası, Müdafiə Nazirliyi, Prezidentin Mühafizə Xidmətini, eyni zamanda bir gün iqtisadiyyat naziri Mikayıl Cabbarovu, daha sonra əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi və digərlərini hədəfə alırdılar.

Bu təşkilat xaricdə Azərbaycana qarşı fəaliyyət göstərən “Azad Söz”, “Azərbaycan Saatı” və digər resurslara da başqa kanallarla məlumat ötürür və bu proses hazırda da davam edir. Tural Sadıqlının və yaxud Qənimət Zahidin üzündən oxuduğu cızmaqaralar heç də boş yerdən yaranmır.

Şəbəkə və onun başında duranlar o qədər azğınlaşıblar ki, Prezidentin Təhlükəsizlik Xidmətinin fəaliyyətinə aid olan məsələləri xaricdəki söyüş bloqerlərinə ötürür və bununla da aidiyyəti dövlət qurumunu ittiham obyektinə çevirməyə çalışırlar. Görünür, oliqarxalarla oturub-duran, xarici xüsusi xidmət orqanlarının rəhbərlərinin pullarını gizlincə Azərbaycana gətirən bu özündənrazı müştəbehlərin də rahat bazarları və “qlobus” xarakterli biznesləri, yaxud da İsveç və Dubaydakı dəm-dəsgahları haqqında danışmağın vaxtıdır.

Göründüyü kimi, həm şəbəkə, həm də onu təşkil edərək istiqamətləndirənlər artıq ifşa olunub. Əminliklə demək olar ki, istintaq prosesi zamanı əlavə yeni detallar, simalar üzə çıxacaq. Çünki ölkəmizin bəzi diplomatik nümayəndəliklərində yatan hüceyrələr hələ də qalmaqdadır. Buna görə də indi gizlində olduqlarını zənn edənlər yaxşı-yaxşı fikirləşməlidirlər. Hələ ki gec deyil, haqqa gəlməyin vaxtıdır, R.Vəliyev kimi istifadə olunub sonra da atılmaqdan sığortalana bilərlər. Bunun üçün ziyanlı yoldan dönmək və səmimi etiraf ən düzgün çıxış yoludur. Son dövrlərin uğurlu əməliyyatları da göstərir ki, ölkədaxili və xaricdəki antimilli ünsürlər ifşa olunur və qanun qarşısında cavab verirlər.

"Qafqazinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 18 Dekabr 2024 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see223

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see214

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see203

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see203

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see177

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see165

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see163

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see155

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see148

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see146

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see144

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see144

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see143

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see141

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see140

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see133

Hər gün bir stəkan içən qocalmır

18 Dekabr 2025 06:06see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri