Icma.az
close
up
RU
Ulu Öndər Heydər Əliyev konsertdən qaçmaq istəyən tələbələrə nə demişdi? FOTO/VİDEO

Ulu Öndər Heydər Əliyev konsertdən qaçmaq istəyən tələbələrə nə demişdi? FOTO/VİDEO

Icma.az bildirir, Bizim media portalına istinadən.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümündə onu şəxsən tanımış, dövlət qulluğunda və peşə həyatında bu böyük insanın dəstəyini görmüş ziyalı bir xanımla həmsöhbət olduq. Quba şəhər sakini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının müəllimi Elza Orucova Bizim.Media-ya müsahibəsində Heydər Əliyevlə tanışlığından, onun sayəsində uzun illər dövlət qulluğunda çalışmasından danışıb. Pedaqoq 1968-ci ildə o vaxtkı Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin birinci kursunda oxuyarkən filarmoniyada konsert zamanı gördüklərini belə nəql edib:
Qaçmaq istəyirdik ki, başımın üstündə boy-buxunlu, yaraşıqlı birini gördük...
“Dövlət Filarmoniyasında kamera orkestrinin konserti təşkil olunmuşdu. Dərsdən sonra 5 nəfər əlaçı tələbə həmin konsertə dəvət olunmuşduq. Düzü, biz tələbələrə maraqlı olmadığından konsert zalından qaçmaq istəyirdik. Fasiləni gözlədik. Zaldan çıxmaq istəyirdik ki, bir də gördük başımızın üstündə boy-buxunlu, yaraşıqlı biri - Heydər Əliyev dayanıb. Yanında da Zərifə xanım... Soruşdu ki, konsert xoşunuza gəldimi? Özümüzü itirdik. Heydər Əliyev başa düşdü ki, biz konsertdən qaçmaq istəyirik. O, hər birimizlə ayrı-ayrılıqda söhbət elədi. Hansı rayondan olmağımızla maraqlandı. Çox maraqlı söhbətlərilə yadda qaldı. O hadisədən sonra tez-tez filarmoniyaya gedirdik ki, bəlkə Heydər Əliyevi görək”.
Heydər Əliyevin natiqliyi...
Elza Orucovanın sözlərinə görə, dahi şəxsiyyət Heydər Əliyevi ikinci dəfə 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində görüb. Həmin tədbirdə çıxış edən Heydər Əliyevin natiqliyi və Azərbaycan dilində çox səlis danışığı onu valeh edib.
Müsahibimiz deyir ki, Jurnalistika fakültəsini bitirəndən sonra bir müddət Radio və Televiziya Verilişləri Komitəsində işləyib. Daha sonra Heydər Əliyevin tapşırığı ilə Bakı Ali Partiya Məktəbində təhsil alıb. İkinci ali təhsildən sonra doğma Quba rayonuna qayıdan Elza Orucova burada Quba Xalq Deputatları Sovetinin sədrinin 1-ci müavini, rayon partiya komitəsində təlimatçı və icra başçısının müavini kimi məsul vəzifələrdə çalışıb. Daha sonra 16 il Quba şəhərindəki Heydər Əliyev mərkəzinin direktoru işləyib.
Bəlkə, səni başçı öyrədib?
Elza Orucova Heydər Əliyevin anadan olmasının 75 illiyində ondan şəxsən Qubada park salınmasını xahiş etdiyindən də söz açıb:
"1997-ci il may ayının 6-da Qubada olan Heydər Əliyevdən 75 illiyi münasibəti ilə adına park salınmasına icazə verməsini xahiş etdim. Gülümsədi, dedi, bəlkə səni başçı öyrədib? Dedim-yox, qubalıların adından gəlmişəm"
 

Qubada hazırda 7 hektarlıq ərazidə fəaliyyət göstərən Heydər Əliyev adına mədəniyyət və istirahət parkının təşəbbüskarı, bunun o zaman üçün ilk olması ilə qürur duyan Elza Orucova qazandığı bütün uğurların dahi şəxsiyyət Heydər Əiyevin müstəsna rolu sayəsində reallaşdığını deyir.

Dahi şəxsiyyətin anım günündə ruhuna rəhmət diləyən Elza Orucova milli liderin Azərbaycan xalqının xilaskarı kimi həmişə tarixdə və yaddaşlarda yaşayacağını bildirdi.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Dekabr 2024 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri