Icma.az
close
up
RU
Ölkəmizi Zəfərə aparan Ulu Öndər yolu ŞƏRH

Ölkəmizi Zəfərə aparan Ulu Öndər yolu ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Azərbaycanımızın paytaxtında olduğu kimi, bölgələrimizdə də böyük sevgi və məhəbbətlə qeyd olunur. Azərbaycan xalqı dahi siyasətçiyə olan dərin hörmət və ehtiramını tarix durduqca yaşadacaq. Ümummilli lider fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Azərbaycanın görkəmli şəxsiyyətləri, xalq üçün danılmaz xidmətlər göstərmiş öncülləri çox olmuşdur. Qürur hissi ilə qeyd etmək lazımdır ki, tarix boyu Azərbaycanın dövlət xadimlərindən yalnız unudulmaz rəhbər, görkəmli dövlət xadimi və dünya miqyaslı siyasətçi Heydər Əliyev ümummilli lider səviyyəsinə yüksəlmişdir. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milyonların məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz ən böyük azərbaycanlı idi.
Xüsusilə qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyev dünyanın bənzərsiz, böyük amalları və misilsiz əməlləri ilə seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitrətən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə ilahi vergisidir. Buna Allahın bəxş etdiyi liderlik deyirlər. Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Qeyd edək ki, sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan, min cür maneələrdən, çətinliklərdən keçərək Yer kürəsinin altıdan bir hissəsini əhatə edən SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan Heydər Əliyev Azərbaycan tarixinə, həm də, Qurtuluş Mübarizəsinin Qalibi kimi daxil olmuşdur. Heydər Əliyev şəxsiyyəti öyrənilməmiş dünyadır! Bu nadir dühanın siyasət aləmini bitib-tükənməyən, sahilləri görünməyən ümmana bənzətmək olar. Misilsiz dövlət xadimi kimi ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqından ötrü heç kəsin gözləmədiyi ən yaxşı çıxış yolu tapmaq bacarığı Allahın ona əta etdiyi vergidir. Yeri gəlmişkən, müasir Azərbaycanın sosisal-iqtisadi və ictimai-mədəni həyatının elə sahəsi yoxdur ki, orada Heydər Əliyevin quruculuq fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünməsin. Belə bir deyim var ki, tarixi şəxsiyyətlərin nəhəngliyi zaman keçdikcə daha aydın şəkildə görünməyə başlayır. Çünki onlar uzaqgörən qərarları ilə öz millətinin gələcəyini müəyyən edərək bir növ zamanı qabaqlamaq missiyasını yerinə yetirilər. Bütün ömrünü xalqının azadlığı və xoşbəxtliyi uğrunda mübarizəyə həsr edən ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri də illər ötdükcə daha möhtəşəm görünməkdədir. Ölkəmizin bugünkü dinamik və hərtərəfli inkişafını, həyatımızın bütün sahələrində yüksəliş və tərəqqini müşahidə etdikcə Heydər Əliyevin böyüklüyünü və müdrikliyini daha dərindən dərk etmiş oluruq. Xilaskarlıq missiyası ilə Azərbaycan xalqını ən ağır bəlalardan hifz edən, çox mürəkkəb geosiyasi reallıqların hökm sürdüyü bir şəraitdə Azərbaycan dövlətinin parçalanmaq təhlükəsindən qoruyan və bütün çətinliklərə, təzyiq və təhdidlərə sinə gərərək “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır!” – deyən ümummilli lider Heydər Əliyev hər bir azərbaycanlının qəlbində əbədi taxt qura bildi. Özünün hərbi-siyasi, sosial-iqtisadi nailiyyətləri ilə bu gün bütün dünyanın diqqət mərkəzində olan müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yer tutur.
Ulu öndərin Vətəni və xalqı qarşısında müstəsna xidmətlərindən biri İlham Əliyev kimi oğul yetişdirməsidir. Fotoların birində ata və oğul yanaşı dayanaraq uzaq üfüqlərə baxırlar. İllər arxasından sanki bugünkü modern, dinamik inkişaf edən, ərazi bütövlüyünü bərpa etməyə nail olan Azərbaycanı görürlər. Prezident İlham Əliyev 23 ildir ki, Azərbaycana bacarıqla rəhbərlik edir, onu inamla gələcəyə aparır... Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. İllər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”. Həmin an 2020-ci ildə yetişdi. Heydər Əliyevin qoyduğu möhkəm təməl əsasında Azərbaycan ildən-ilə gücləndi, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, qüdrətli ordu yaratdı. Məhz iqtisadi güc, rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı. Dəmir yumruqla beli qırılan, başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu, ərazi bütövlüyümüz təmin edildi. Azərbaycan dövlətçiliyinə, dövlətçiliyimizin inkişafına verilən əvəzolunmaz töhfələr məhz ulu öndər Heydər Əliyev şəxsiyyətində ən yüksək zirvəyə çatdı. Unudulmaz dahi şəxsiyyət müasir dövrdəki dövlətçiliyin yeni tipologiyasının möhkəm əsaslarını qoyub. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi bu gün bütün dünyada etiraf olunur, hörmətlə qarşılanır və yüksək qiymətləndirilir. Ümummilli lider bizim üçün elmi prinsiplərə və zəngin intellektual potensiala əsaslanan mükəmməl bir dövlətçilik konsepsiyası yaratmış, dövlət idarəçiliyi sahəsində zəngin elmi-nəzəri və praktiki irs qoymuşdur. Onun dövlətçilik ideyalarının elmi-nəzəri əsasları təkcə bu gün üçün deyil, gələcək üçün də əhəmiyyətlidir. Ən əsası, Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. Ulu Öndər yolu daim ölkəmizi zirvələrə, zəfərlərə aparır və bundan sonra da aparacaqdır!
Leyla Bayramova,
YAP Göygöl rayon təşkilatı üzrə Çaylı kənd ərazi partiya təşkilatının üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 May 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri