Ulu Öndərin banisi olduğu müstəqil Azərbaycan möhkəm bünövrə üzərində zirvələrə ucalır AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İmişli, 12 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti Azərbaycanı dərin siyasi, iqtisadi və sosial böhrandan çıxararaq, müstəqillik yolu ilə inamla irəliləməsi üçün zəmin yaratdı. Bu gün Ümummilli Lider Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan möhkəm bünövrə üzərində daha da zirvələrə ucalmaqdadır və dahi şəxsin xatirəsi dərin ehtiramla anılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişlidə Ümummilli Lider Heydər Əliyevin xatirəsi izdihamla anılıb. Səhər saatlarından başlayan anim mərasimində rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İmişli şəhər mərkəzində Ümummilli Liderin abidəsi ehtiramla ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev, ümumilikdə, İmişliyə 5 dəfə səfər edib. Sadə adamlarla, kənd zəhmətkeşləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Ulu Öndərin hakimiyyətdə olduğu illərdə İmişlidə digər sahələrlə bərabər, aqrar sahə də ciddi inkişaf edib. Bir sıra istehsal, emal müəssisələri istifadəyə verilib. Sözügedən istehsal sahələrindən bir çoxu hazırda da fəaliyyət göstərir. Bir sözlə, İmişli rayon sakinləri Ümummilli Liderin xatirəsini daim əziz tutur və onu ehtiramla yad edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 12 Dekabr 2024 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















