Icma.az
close
up
RU
Ulu öndərin həyat yolu kitablarda

Ulu öndərin həyat yolu kitablarda

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Milli Kitabxanada TÜRKSOY Beynəlxalq Mədəniyyət Təşkilatı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Şimali Kipr Türk Respublikası və digər ölkələrin milli kitabxana direktorlarının iştirakı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisinin açılışı və elektron məlumat bazasının təqdimatı keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Milli Kitabxananın direktoru professor Kərim Tahirov tədbiri açaraq, vəfatından 21 il ötən unudulmaz dahi şəxsiyyətin Azərbaycana layiqincə rəhbərlik etməsindən və Vətən qarşısında xidmətlərindən iftixarla bəhs edib. Direktor konkret faktlara istinadla bildirib ki, Ulu öndər Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına xüsusi diqqət və qayğı göstərib, 1995–1997-ci illərdə 4 dəfə Milli Kitabxanaya gələrək  bilik məbədinin problemləri ilə maraqlanıb və böyük çətinliklər dövrünü yaşayan kitabxananın fondlarının zənginləşdirilməsi üçün tədbirlər görməyi tapşırıb.

İlk gəlişində Ümummilli liderin kitabxanaya öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitab hədiyyə etdiyini söyləyən direktor bildirib ki, bu gün həmin kitablar, habelə kitabxanada olarkən etdiyi çıxışların lent yazıları oxuculara təqdim olunur.

O vurğulayıb ki, Ulu öndərin müəyyən etdiyi siyasi xəttin layiqli davamçısı olan Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün regionda lider ölkəyə çevrilib. Kərim Tahirov müstəqil Azərbaycan dövləti durduqca, yaşadıqca Ulu öndərin əziz xatirəsi daim xatırlanacağını, heç vaxt unudulmayacağını bildirib.

Qazaxıstan Milli Kitabxanasının direktoru Bakitjamal Ospanova Ulu öndərin nəinki Azərbaycan xalqının, bütün Türk dünyasının ictimai-siyasi xadimi olduğunu, məhz onun uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycanın inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutduğunu söyləyib. O, Qazaxıstan Milli Kitabxanasında zəngin Azərbaycan fondunun olduğunu və hər il Ulu öndərin doğum və xatirə gününə həsr edilmiş sərgilərin hazırlandığını diqqətə çatdırıb.

Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının xilaskar lideri olduğunu bildirib, bu sərgidə ona nümayiş etdirilən əksər kitabların Özbəkistan Milli Kitabxanasında da olduğunu deyib.   

Qırğızıstan Milli Kitabxanasının direktoru Aynura Askarova, Şimali Kipr Türk Cümhuriyyəti Mədəniyyət Mərkəzinin direktoru Ceyhan Özyıldız, Qazaxıstan Akademik Milli Kitabxanasının direktoru Qaziza Nurqaliyeva, Türkiyə Milli Kitabxanasının şöbə müdiri Filiz Berna Gültəkin çıxış edərək ümummilli lider Heydər Əliyevin öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə müstəqil Azərbaycan dövlətini qurduğunu, bütün Türk dünyasında özünəməxsus yeri olan böyük rəhbər kimi ölməzlik qazandığını vurğulayıblar.

Mərasimin davamında “Ümummilli lider Heydər Əliyev” adlı elektron məlumat bazasının təqdimatı olub. Qeyd edək ki, “Ana səhifə”, “Rəsmi sənədlər”, “Heydər Əliyev – Əbədiyaşar şəxsiyyət”, “Haqqında nəşrlər”, “Heydər Əliyev Milli Kitabxanada”, “Heydər Əliyev dünya kitabxanalarında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya” və “Videoqalereya” adlı bölmələrdən ibarət olan elektron məlumat bazasında materiallar tam mətnləri ilə 3 dildə nümayiş olunur.

Daha sonra mərasim iştirakçıları təşkil olunmuş sərgiyə baxıblar. Sərgidə kitabxananın fondlarında qorunan dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər, fotolar nümayiş olunur.

Ə.ƏLİYEV 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri