Icma.az
close
up
RU
Ulu Öndərin həyat və fəaliyyəti fədakarlıq nümunəsidir

Ulu Öndərin həyat və fəaliyyəti fədakarlıq nümunəsidir

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 8 may, AZƏRTAC

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti fədakarlıq nümunəsidir. Hakimiyyətinin hər iki dövrünə nəzər salsaq görərik ki, ölkəmizin bu günü və gələcəyi üçün gördüyü işlər, atdığı addımlar ölçüyəgəlməzdir. Dahi şəxsiyyət Azərbaycanı hər zaman zirvələrdə görmək istəyirdi. Bu, Onun dövlətinə, xalqına bağlılığının, sevgisinin ən mühüm göstəricilərindən biridir. Azərbaycanlı olması ilə fəxr edən Ümummilli Lider Heydər Əliyev hər kəsə Vətəni sevməyi öyrətdi. Azərbaycançılıq ideologiyasının inkişafı və təbliği Ulu Öndərin hakimiyyətinin hər iki dövrünün əsas çağırışı oldu. Azərbaycanın ən çətin günlərində, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev bu çağırışı etdi ki, Azərbaycanın müstəqilliyini, suverenliyini qorumaq, əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər kəs bir amal - azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməlidir. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, dünyaya səs salan tarixi Zəfərimizdə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasında bu birliyimizin, həmrəyliyimizin böyük rolu var. Ulu Öndər Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi, Vətəninə, xalqına sevgisi Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərində yaşadığı təhlükələrdən, faciələrdən xilas etdi. Azərbaycan həmin illərdə müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə çətin günlərdə Ulu Öndər Heydər Əliyev xalqının səsinə səs verdi, Naxçıvandan Bakıya gəldi. Bu gəliş xalqın sabaha ümidini bərpa etdi. Bütün ömrünü Azərbaycanın işıqlı gələcəyinə həsr edən, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” söyləyən Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyi üçün yaranan təhlükəni aradan qaldırdı. Bununla da ölkəmiz vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Xalqımızın nicatı və milli dövlətçiliyimizin xilası Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından başladı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyev siyasi sabitliyin təminatçısı kimi nüfuz qazandı: “1991-1993-cü illərin xaosundan, anarxiyasından, vətəndaş qarşıdurmasından, Azərbaycanı parçalanmaqdan xilas edən Ümummilli Lider ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Ulu Öndər 1993-cü ilin oktyabrında Prezident seçildikdən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Dahi şəxsiyyət, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı. Ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişinin imzalanması ölkədə sabitliyin yaradılmasında, torpaqlarımızın işğalının qarşısının alınmasında, eyni zamanda, digər sahələrin inkişafı istiqamətində mühüm addımların atılmasında əhəmiyyətli rol oynadı”.

Malik Həsənov bildirib ki, düşünülmüş və məqsədyönlü siyasəti ilə ölkədə sabitlik yaradan Ulu Öndər Heydər Əliyev “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini irəli sürdü: “İqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsi idi. Məhz bu gün də Azərbaycan xalqı Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurlarını öz həyatında hiss edir. Ölkəmizin iqtisadi imkanları artır. “Əsrin müqaviləsi”ndən bu günədək reallığa çevrilən və icrası davam edən layihələrə diqqət yetirmək kifayətdir. Eyni zamanda, Azərbaycanın uğurlu enerji siyasəti beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasında da öz sözünü deyir. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsi də bunun bariz nümunəsidir. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanır. Bu gün əminliklə qeyd edirik ki, Azərbaycan yalnız neft-qaz deyil, eyni zamanda, elektrik enerjisi ixracatçısıdır. Hazırkı dövrün əsas çağırışı yaşıl enerjiyə keçiddir. Ölkəmiz bu sahədə də böyük potensiala malik olduğunu ötən il dünyanı Bakıya toplayan COP29 iqlim konfransına yüksək səviyyədə ev sahibliyi edib mühüm nəticələrə imza atmaqla təsdiqlədi. COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açdı. Azərbaycan hər zaman əməkdaşlıq məkanı kimi tanınır, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji, nəqliyyat layihələri ilə dövlətlər, xalqlar arasında körpü roluna yeni əlavələr edir”.

Deputat bildirib ki, Heydər Əliyev siyasətinin uğurlarını bir yazıda əhatə etmək mümkünsüzdür: “Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi, Böyük Qayıdış Proqramının uğurlu icrası keçilən yolun təqdimatı, Heydər Əliyev siyasətinin Azərbaycana qazandırdığı uğurların ümumiləşdirilmiş ifadəsidir. Dahi şəxsiyyət Heydər Əliyevin 2003-cü ilin 1 oktyabr tarixində xalqa müraciəti Onun dövlətimiz, xalqımız qarşısında ən böyük xidmətlərindən biridir. Çünki bu müraciət Heydər Əliyev siyasətinin davamlılığını təmin etdi, Azərbaycanı Zəfərlərə qovuşdurdu. Son 21 ildən artıq dövrdə Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı inkişaf etdirən, daha da möhkəmləndirən, beynəlxalq münasibətlər sistemində rolunu artıran, haqq səsini dünyaya çatdıran Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Bu gün Ümummilli Liderin ruhu şaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 ilin işğalına son qoydu, tarixi ədaləti bərpa etdi. Tarixi Zəfərimizdən üç il sonra suverenliyimiz tam bərpa edildi. Həyata keçirilən birgünlük antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoydu”.

Malik Həsənov vurğulayıb ki, işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması, Xankəndidə Zəfər paradının təşkili, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən prezident, parlament və bələdiyyə seçkilərinin keçirilməsi, Qarabağın və Şərqi Zəngəzurun mərhələ-mərhələ sakinlərinə qovuşması, bir sözlə, sadalamaqla bitməyən uğurlarımız Heydər Əliyev siyasətinin təntənəsidir. 1993-cü ildən başlanan yol Azərbaycanı zəfərlərdən-zəfərə aparır. Xalqımız qürurlu, sevincli günlərini yaşayır. Nə qədər ki, müstəqil Azərbaycan dövləti, xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq, Onun gerçəkləşən ideyaları inkişaf yolumuzu işıqlandıracaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri