Icma.az
close
up
RU
Ulu Öndərin irsi Azərbaycanın siyasi və mədəni kimliyində mərkəzi rol alıb ŞƏRH AZƏRTAC

Ulu Öndərin irsi Azərbaycanın siyasi və mədəni kimliyində mərkəzi rol alıb ŞƏRH AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 12 dekabr, AZƏRTAC

Bu gün Ümummilli Liderimiz, böyük dövlət xadimi Heydər Əliyevin vəfatının 21-ci ildönümüdür. Ulu Öndər Azərbaycanın müstəqillik əldə etməsindən sonra ölkənin inkişafına yönəlmiş addımları ilə dəyərli bir irs yaradıb. Onun rəhbərliyi dövründə Azərbaycan beynəlxalq səviyyədə mövqeyini möhkəmləndirib və iqtisadi gücünü artırıb. Gördüyü işlər ölkənin modernləşməsi və enerji sahəsində irəliləməsi üçün əsaslı zəmin yaradıb. Ulu Öndər Heydər Əliyevin idarəçiliyi ilə sənaye sektorunda da ciddi uğurlar əldə edilib. Dahi Liderin Azərbaycanın siyasi və ictimai həyatında təsiri hələ də özünü göstərir, onun irsi Azərbaycanın siyasi və mədəni kimliyində mərkəzi rol oynamaqda davam edir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda iqtisadiyyatın inkişafı və neft sektorunun potensialından istifadə edilməsi üçün bir sıra strateji sərəncamlar imzaladığını qeyd edərək deyib: “1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın neft və qaz resurslarının dünya bazarlarına çıxarılmasını təmin edən mühüm addımlardan biri olub. Bununla yanaşı, iqtisadiyyatın diversifikasiyası, xarici ticarət əlaqələrinin genişləndirilməsi və yeni sənaye sahələrinin yaradılması istiqamətində də çoxsaylı qərarlar qəbul edilib. Heydər Əliyev, həmçinin hüquq sisteminin müasir tələblərə uyğunlaşdırılması üçün də bir sıra əhəmiyyətli sərəncamlar imzalayıb. O, qanunvericilikdə dəyişikliklər edərək, hüquqi dövlətin formalaşmasına xidmət edən tədbirlər həyata keçirib. Bu sərəncamlar arasında insan hüquqları, vətəndaşların sosial müdafiəsi, məhkəmə-hüquq sisteminin müstəqilliyi və şəffaflığının təmin edilməsi istiqamətində atılan addımlar yer alır. Heydər Əliyev hüquq və ədalət prinsipini dövlətin əsas sütunlarından biri kimi qəbul edərək, hüquqi islahatların aparılmasına xüsusi diqqət yetirib”.

Ulu Öndər Heydər Əliyevin, eyni zamanda, milli birlik və sosial sabitliyin təmin olunması üçün də əhəmiyyətli işlər gördüyünü deyən deputat qeyd edib: “Ölkədə milli birliyin qorunması və sosial sabitliyin təmin edilməsi məqsədilə atılan bu addımlar olduqca əhəmiyyətlidir. Ümummilli Lider etnik və dini müxtəlifliyi bir arada yaşamağa, milli və dini tolerantlığı qorumağa yönələn sərəncamlar imzalayıb. Azərbaycanın müxtəlif etnik və dini qruplarının birgə yaşayışı, ümumi inkişafı və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərməsi üçün müvafiq tədbirlər həyata keçirilib. Bu tədbirlər ölkədə sülhün və sabitliyin qorunmasına böyük təsir göstərib. Ümummilli Lider Azərbaycanı beynəlxalq arenada tanıtmaq və onun mövqeyini gücləndirmək üçün də bir sıra qərarlar qəbul edib. O, ölkənin xarici siyasətini inkişaf etdirərək, Azərbaycanın beynəlxalq təşkilatlarla, xüsusən də BMT, ATƏT və digər mühüm qurumlarla əlaqələrini möhkəmləndirib. Heydər Əliyev, eyni zamanda, regiondakı münaqişələrin həlli və Azərbaycanın maraqlarının qorunması üçün vacib addımlar atıb. Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri, müstəqilliyin və milli maraqların qorunması olub”.

Ulu Öndərin Azərbaycanın təhsil və mədəniyyət sahələrində də ciddi islahatlar həyata keçirdiyini vurğulayan deputat əlavə edib: “Ümummilli Lider Heydər Əliyev təhsilin keyfiyyətinin artırılması, məktəb və ali təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yeni tədris proqramlarının tətbiqi və müasir təhsil metodlarının ölkəyə gətirilməsi üçün qərarlar verib. Heydər Əliyevin təhsil siyasətinin əsas prinsiplərindən biri, Azərbaycan dilinin və milli mədəniyyətin inkişafı və təbliği idi. O, eyni zamanda, xalqın tarixi, mədəniyyəti və ənənələrinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xüsusi diqqət yetirib.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Bu siyasətin davamı olaraq 1996-cı il fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumu keçirildi. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Heydər Əliyev sevgisi Azərbaycan övladlarının qəlbinə körpə yaşdan aşılanır. Ona həsr olunan şeirlər, keçdiyi həyat yolu hər birimiz üçün bir tarixdir. Azərbaycanın bugünkü hər bir uğurunda Ulu Öndərin imzası var. Ölkəmizin müstəqilliyi, əmin-amanlıq içində yaşayışının memarı Ümummilli Liderdir. Bu gün Ulu Öndərin həyatına bu və ya digər şəkildə toxunduğu, dəstək olduğu milyonlarla uğurlu gənc var. Əminəm ki, onların hər biri uğurlarına və bu gün olduğu mövqeyə görə Ümummilli Liderə daim minnətdardır”.

P.Vəliyeva diqqətə çatdırıb ki, Ulu Öndərin ruhu şaddır, çünki etdiyi xoşniyyətli və humanist əməllərə görə ona dua edən, rəhmət oxuyan Azərbaycan boyda xalq var. Onun ruhu həm də ona görə şaddır ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu hərbi-siyasi rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il işğal altında olan beynəlxalq səviyyədə tanınmış torpaqlarımızı işğaldan azad edib, Ulu Öndərin arzusunu reallaşdırıb. Heydər Əliyev Azərbaycanın müasir tarixinin ən mühüm şəxsiyyətlərindən biri olaraq, xalqın yaddaşında və qəlbində əbədi yaşayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see370

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see196

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see168

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see155

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see150

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see137

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri