Icma.az
close
up
RU
Ulu Öndərin xatirəsi BMU da anıldı Fotolar

Ulu Öndərin xatirəsi BMU da anıldı Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bakı Mühəndislik Universitetinin (BMU) kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.

Sonra BMU və Yeni Azərbaycan Partiyası 40 saylı ərazi təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilən tədbir keçirilib.

BMU-nun rektoru Yaqub Piriyev tədbirdə çıxış edərək ötən yüzilliyin ən görkəmli dövlət xadimlərindən Heydər Əliyevin həyat yolu və xalqımıza bəxş etdiyi zəngin irsin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu bildirib. Ümummilli Liderin 1970-80-ci illərdə Azərbaycanı keçmiş SSRİ-nin qabaqcıl respublikalarından birinə çevirdiyini vurğulayan rektor həmin dövrdə ölkəmizin əldə etdiyi uğurları statistik rəqəmlərlə diqqətə çatdırıb.

Yaqub Piriyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunması, sürətli iqtisadi islahatlar aparılması, nəhəng qlobal layihələrin həyata keçirilməsi, Azərbaycanın nəqliyyat və digər sahələr üzrə beynəlxalq tərəfdaşlığının genişlənməsindəki xidmətlərini yada salıb. Həmin strategiyanın davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan üçün geniş imkanlar açan qlobal nəqliyyat və iqtisadi əməkdaşlıq layihələri vurğulanıb.

Heydər Əliyevin dövlətçilik strategiyasının əsas istiqamətlərindən birinin milli kadrların yetişdirilməsi olduğunu önə çəkən rektor ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Prezident İlham Əliyevin sərəncamları ilə 3 Dövlət Proqramı üzrə çoxsaylı azərbaycanlı gəncin xaricdə dövlət hesabına təhsil almasını uğurlu ənənə kimi qiymətləndirib.

Daha sonra Milli Məclisin komitə sədri, millət vəkili Sadiq Qurbanov, millət vəkili Vüqar Rəhimzadə və digər qonaqlar çıxış edərək uzaqgörən dövlət xadiminin cəsarətli qərarları, yüksək dövlətçilik təfəkkürü və xalqına sonsuz sevgisi ilə bugünkü Azərbaycanın əsasının qoyduğunu, Heydər Əliyevin rəhbərliyi ilə formalaşan milli ideologiyanın dövlətçiliyin möhkəmlənməsi və ölkənin davamlı inkişafında həlledici rol oynadığını qeyd ediblər.

Çıxışlarda həmçinin Ulu Öndərin Azərbaycan dilinin inkişafı istiqamətində gördüyü işlərdən danışılıb. Görkəmli siyasi xadimin dil siyasətinin milli kimliyin qorunması, ədəbi dilin inkişafı və dövlət dilinin mövqeyinin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.







Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri