Icma.az
close
up
RU
Ulu Öndərin xatirəsi Türkmənistanda anılıb

Ulu Öndərin xatirəsi Türkmənistanda anılıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 8 may, AZƏRTAC

Azərbaycanın Türkmənistandakı səfirliyi Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycan-Türkmənistan: Qardaşlıq və Strateji Əməkdaşlıq münasibətləri” mövzusunda tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəl institutun foyesində Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunu, eləcə də Azərbaycan–Türkmənistan münasibətlərini əks etdirən fotosərgi ilə tanış olublar.

Təhsil müəssisəsinin akt zalında Ümummilli Lider Heydər Əliyevin həyatına həsr olunmuş və türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərinə dair videoçarx nümayiş etdirilib.

Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov tədbir çərçivəsində “Azərbaycan–Türkmənistan: Qardaşlıq və Strateji Əməkdaşlıq münasibətləri” mövzusunda mühazirə ilə çıxış edib.

Səfir çıxışında Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursuna, həmçinin Azərbaycan–Türkmənistan münasibətlərinin tarixi və strateji əsaslarına xüsusi diqqət yetirib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunda region ölkələri ilə, xüsusilə ortaq tarixi və mənəvi dəyərləri bölüşən qardaş dövlətlərlə münasibətlər mühüm strateji əhəmiyyət daşıyırdı. Bu baxımdan qardaş Türkmənistanla əlaqələr həmin siyasi xəttin əsas istiqamətlərindən birini təşkil etmişdir. Heydər Əliyev Xəzər regionunu əməkdaşlıq və sabitlik məkanı kimi dəyərləndirir, dövlətlərarası etimadı əsas şərt hesab edirdi.

Diplomat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov arasında formalaşmış yüksəksəviyyəli siyasi dialoq nəticəsində 2017-ci ildə imzalanmış “Strateji tərəfdaşlığa dair Bəyannamə” iki ölkə arasında münasibətlərin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirmiş, qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin inkişafı üçün mühüm platforma yaratmışdır.

Qismət Gözəlov çıxışında 2025-ci ildə həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana və Qurbanqulu Berdiməhəmmədovun Bakı, Qarabağ və Qəbələyə səfərlərinin ikitərəfli münasibətlərin inkişafında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Bununla yanaşı, çıxışda Azərbaycan–Türkmənistan münasibətlərinin elm, təhsil və mədəniyyət sahələrində də dinamik inkişaf etdiyi, qarşılıqlı mədəniyyət günləri, universitetlərarası, o cümlədən Azərbaycanın ADA Universiteti ilə Türkmənistan XİN-in Beynəlxalq Münasibətlər İnstitutu arasında əməkdaşlıq və birgə layihələrin xalqlar arasında əlaqələri daha da möhkəmləndirdiyi qeyd olunub.

Mühazirə sual-cavab sessiyası ilə davam edib, tələbələrin sualları cavablandırılıb.

Tədbirdə institutun prorektoru Qayqısız Dövletov, professor-müəllim heyəti, tələbələr, media nümayəndələri və digər rəsmi qonaqlar iştirak edib.

Sonda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Zəlimxan Yaqubun Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi “Əbədiyyət dastanı” poemalar kitabının türkmən dilinə tərcümə olunmuş (“Ebedilik dessany”) nəşri tələbələrə təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2026 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri