Icma.az
close
up
RU
“Ulu Öndərin yolunda: güclü gənclik, güclü Vətən” adlı tədbir təşkil edilib

“Ulu Öndərin yolunda: güclü gənclik, güclü Vətən” adlı tədbir təşkil edilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 10 may, AZƏRTAC

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən müstəqil Azərbaycan dövlətinin banisi, müdrik dövlət xadimi və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər təşkil edilib.

Təşkilatdan AZƏRTAC-a bildirilib ki, tədbirlər gənclərin vətənə məhəbbət, tarixi keçmişimizə hörmət və ehtiram ruhunda tərbiyə olunması, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin dərindən mənimsənilməsi, şərəfli və mənalı ömür yolunun, zəngin dövlətçilik təcrübəsinin və misilsiz xidmətlərinin öyrənilməsi məqsədilə keçirilib.

Təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri və gənclər Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, müasir Azərbaycanın qurucusunun əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər.

Silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş “Ulu Öndərin yolunda: Güclü gənclik, güclü Vətən” adlı tədbir keçirilib.

Tədbirdə Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Gənclər Fondunun şöbə müdiri Pərviz Mirələmli, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, ADA Universitetinin tarix müəllimi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Nərminə Hüseynzadə, AMEA-nın böyük elmi işçisi və tədqiqatçı Gülanə Əliyeva əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti və Ulu Öndərin gənclərə qayğısı haqqında çıxış ediblər. Vurğulanıb ki, müasir Azərbaycan bilavasitə Ulu Öndər Heydər Əliyevin ideallarının və amalının nəticəsidir. Ömrünü Vətənə və xalqa xidmətə həsr edən dahi şəxsiyyətin inamla həyata keçirdiyi siyasətin əsasında Qarabağ problemini həll edərək torpaqlarımızı işğaldan azad etmək və yurdlarından zorla didərgin salınan həmvətənlərimizin öz ata-baba torpaqlarına qayıdışını təmin etmək, Azərbaycanı güclü dövlət kimi formalaşdırmaq idi.

Bildirilib ki, məhz bu siyasət onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, döyüş meydanında tarixi Zəfər çalaraq işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdış etməyimizə səbəb oldu.

Tədbirlər çərçivəsində Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib. Ekskursiyada iştirak edən gənclər Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə yaxından tanış olub və burada nümayiş edilən, Ümummilli Liderin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar haqqında ətraflı məlumat əldə ediblər.

Qeyd olunub ki, Azərbaycan xalqının xilaskarı, dahi şəxsiyyət və böyük insan, XX əsrin görkəmli dünya siyasətçiləri arasında təkrarsız yeri olan Heydər Əliyevin tarixi obrazı xalqımızın yaddaşında və qəlbində əbədi olaraq yaşayacaq.

Tədbirlər proqramı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 May 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri