Ülvi Babayev Karpin üçün qələbə topunu vurdu! hələ çox təəssüflənəcəyik...
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çox təəssüf ki, Ülvi Babayev Azərbaycan yığmasını seçmədi. Əlbəttə, zorla gözəllik olmur, Ülvinin qəlbində ölkəmizlə bağlı heç bir ülvi hiss yoxdu. Amma bu məqam gənc soydaşımızın uğurlarına sevinməməyimiz anlamına gəlməsin.
Dünən Rusiya kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Ülvinin şərəfini qoruduğu, Valeri Karpinin çalışdırdığı “Dinamo” ölkə futbolunun nəhəngi “Zenit”in qonağı olub. Azərbaycanlı xavbek moskvalıların start heyətində yer almasa da, Mauxubun zədələnməsi üzündən 35-ci dəqiqədə meydana çıxıb. Məhz Ülvi 84-cü dəqiqədə təkbətəkdən yararlanaraq “Dinamo”nu önə keçirib. Bu, onun son iki kubok oyunundakı 4-cü qolu olub. 90+3-cü dəqiqədə daha bir qol vuran paytaxt təmsilçisi inamlı qələbə qazanıb.
Cavab görüşü noyabrın 27-də keçiriləcək.
ORXAN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 06 Noyabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















