Icma.az
close
up
RU
Ülvi Quliyev Rafael Ağayevin dediklərinə cavab verdi

Ülvi Quliyev Rafael Ağayevin dediklərinə cavab verdi

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti, millət vəkili Ülvi Quliyev rəhbərlik etdiyi qurumun illik hesabatından əvvəl jurnalistlər üçün brifinq keçirib.

AZXEBER.COM Prosport.az-a istinadən 58 yaşlı federasiya prezidenti karateçilərimiz Rafael Ağayev, Fəridə Əliyevanın narazılıqlarına cavab verib:

"Bu barədə federasiya adından mövqe bildirilmişdi. Ancaq qısa olaraq bir neçə məqama toxunmaq istəyirəm. Media nümayəndələrindən xahişim odur ki, başlıqlarla intriqa yaratmasınlar. Hər kəs bilməlidir ki, idmanın bütün növü dövlət diqqət və qayğısı ilə əhatə olunub. Bu dəstək olmadan idmanın inkişafı mümkünsüzdür. Bunun üçün dövlət idmançıları mənzil, avtomobillə təmin edib, onlara ordenlər verilib. Həmçinin, dünya və Avropa çempionatlarında yer tutan idmançılarımız federasiya tərəfindən çox böyük məbləğdə mükafatla təmin edilib. Rafael Ağayev tək Azərbaycanda yox, dünya idmanı tarixində xüsusi imzası olan karateçimizdir. Biz onu yüksək dəyərləndiririk. Çünki onun nəticəsi, demək olar ki, dünyada nadirdir. Fəxrimizdir. Baxmayaraq ki, hazırda karate ilə məşğul olmur, biz onu keçmişdə olduğu kimi, gələcəkdə də dəyərləndirəcəyik.

Bir məqamı da qeyd edim. AKF və digər federasiyalar ictimai birlikdir. Hər ictimai birliyin büdcəsi dövlətin idman siyasətini həyata keçirən Gənclər və İdman Nazirliyinin maddi dəstəyindən və sponsordan formalaşır. Əvvəllər olsa da, hazırda AKF-in sponsoru yoxdur. Çalışırıq ki, bütün karateçilərə maddi və mənəvi dəstək verək. Karate bir ailədir. Bu dəstək olmayanda ailədən küsmək olmaz. Federasiyanın imkanları limitsiz deyil. Bəlli büdcəmiz var. Ona görə də bu məsələlər anlayışla qəbul olunmalıdır”.

Ü.Quliyev may ayında Ermənistanın paytaxtı İrəvanda idman karatesi (WKF) üzrə keçiriləcək Avropa çempionatında iştirakla bağlı məsələyə də aydınlıq gətirib:

"Ermənistanda olacaq Avropa çempionatı siyasi məsələdən asılıdır. Bunun üçün dövlət səviyyəsində qərar olmalıdır ki, biz orada təmsil olunaq. Bilirsiniz ki, sonuncu dəfə ağırlıqqaldırma üzrə Avropa çempionatında bayrağımıza qarşı hörmətsizlik edilmişdi. Ona görə də Ermənistanda iştirak edib-etməmək böyük sual altındadır. Amma ötən ilin sonunda 2025-ci il üçün yarış cədvəli nazirliyə təqdim olunub. Nazirliklə birgə məsləhət nəticəsində çalışacağıq ki, önəmli yarışlarda iştirak edək. Maddiyyatla bağlı şikayətlər hər zaman olub. İrina Zaretskaya da Azərbaycanı təmsil edir, hər zaman ona dəstək olmağa çalışmışıq. Ona dəstək də olacağıq”.

Qeyd edək ki, Rafael Ağayev bir müddət əvvəl verdiyi müsahibədə Azərbaycan Karate Federasiyasında vitse-prezident olsa da, iclaslara dəvət almadığını, vəzifəsinin formal əhəmiyyət daşıdığını bildirərək şikayətlənmişdi. Tanınmış idmanşı bu cür münasibətə görə vəzifəsindən istefa verəcəyini də bildirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 29 Yanvar 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri