Ülvi Quliyev: Biz Rafael Ağayevə yüksək qiymət veririk
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"Rafael Ağayev bizim üçün dəyərli idmançıdır və ona yüksək qiymət veririk".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev Rafael Ağayev haqqında danışarkən deyib.
O, 39 yaşlı idmançının Azərbaycanla yanaşı dünyada da məşhur olduğunu bildirib:
"Dünyada nadir nəticələrdən biri də məhz ona məxsusdur. Hazırda karatedə çıxış etməsə də, hər zaman onu dəyərləndiririk".
"Hamı bilməlidir ki, idman dövlətin dəstəyi və qayğısı ilə əhatə olunub. Bu olmasa, inkişaf mümkünsüzdür. Azərbaycan Karate Federasiyası ictimai birlikdir. Qurumun bəlli büdcəsi var. Hazırda sponsorumuz yoxdur. Gənclər və İdman Nazirliyi bizə dəstək göstərir. Büdcəmiz nəyə icazə verirsə, hamıya maddi və mənəvi dəstək verməyə çalışırıq. Nəyə gücümüz çatırsa, titullu idmançılarımıza dəstək olmağa hazırıq. Federasiyanın imkanları məhduddur. Bunlar anlayışla qarşılanmalıdır".
Qeyd edək ki, Rafael Ağayev daha əvvəl Azərbaycan Karate Federasiyasının WKF üzrə vitse-prezidenti postundan ayrılıb.
Anar Həsənov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 28 Yanvar 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















