Icma.az
close
up
RU
Salatın Xocalıyeva: Ümdə arzum Qarabağın incisi Şuşa şəhərini görməkdir MÜSAHİBƏ

Salatın Xocalıyeva: Ümdə arzum Qarabağın incisi Şuşa şəhərini görməkdir MÜSAHİBƏ

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Kiyev, 14 iyul, AZƏRTAC

Həmsöhbətimiz Salatın Xocalıyeva 10 ildən artıqdır ki, Ukraynada hüquqşünas kimi fəaliyyət göstərir. Həmyerlimiz AZƏRTAC-ın Kiyev bürosuna müsahibəsində keçdiyi peşə yolundan, vəkillik təcrübəsindən, Ukrayna müharibəsi zamanı azərbaycanlıların üzləşdiyi problemlərdən və ümdə arzusundan danışıb.

- Ukraynada azərbaycanlı və ukraynalı ailəsində doğulub boya-başa çatmışam. Mən mənşəyimlə fəxr edirəm, köklərimi və ailəmi çox sevirəm. İxtisasca hüquqşünasam, 2017-ci ildə Ukraynada vəkillik fəaliyyəti ilə məşğul olmaq hüququ verən müvafiq sertifikat almışam. Peşə yoluma 2012-ci ildə universiteti bitirdikdən dərhal sonra, o vaxt artıq Ukraynada fəaliyyət göstərən şaquli inteqrasiya olunmuş neft şirkətlərindən birində başladım. Elə oldu ki, mənim hüquqşünas kimi bütün karyeram neft biznesinin ətrafında qurulub. Həm milli, həm də beynəlxalq xarakterli zəngin peşə təcrübəm var. Bu gün mən fərdi hüquq təcrübəsi ilə hüquq firmasındakı fəaliyyətimi birləşdirirəm. Eyni zamanda, mütəmadi olaraq Ukrayna Vəkillər Milli Assosiasiyasının Ali Vəkillik Məktəbində tələbələr, gələcək hüquqşünaslar üçün mühazirələr oxuyuram. Ümumiyyətlə, karyera fəaliyyəti və peşəkar inkişaf hazırda vaxtımın böyük bir hissəsini əhatə edir.

- Əslən Azərbaycanın hansı rayonundansınız?

- Rəhmətlik atam, Xocalıyev Məhəmməd İsgəndər oğlu Şəmkir rayonunun Şiştəpə kəndindən olub. Demək olar ki, atam tərəfdən qohumlarımın hamısı hələ də orada yaşayır.

- Necə oldu ki, hüquqşünas peşəsini seçməyə qərar verdiniz?

- Vəkil olmaq qərarım kortəbii və ya situasiya ilə bağlı deyildi. Etiraf edirəm ki, valideynlərim yurisprudensiyadan uzaqdırlar və mənim peşə seçməyimin səbəbini başa düşmədilər. Anam və atam məni həkim, xüsusən də diş həkimi kimi görürdülər. Ancaq heç vaxt təbiət elmləri ilə maraqlanmamışam; uşaqlıqdan tarixi, hüququ sevirdim, politologiya və sosiologiya ilə maraqlanırdım. Yadımdadır, təxminən 8 yaşım var idi və ailəmə qərarımı elan etdim: “Mən hüquqşünas olacağam!”. Qohumlarım mənim bu açıqlamama şübhə ilə yanaşırdılar, xüsusən də ona görə ki, ötən əsrin 90-cı illəri vəkillik peşəsi və hüquqşünaslığın, eləcə də bütövlükdə cəmiyyətin köklü transformasiyadan keçdiyi dövr idi...

- Nə vaxtsa peşənizi dəyişmək istəyiniz olubmu?

- Peşə seçimimdən heç vaxt peşman olmamışam və məqsədimə çatmaq üçün kifayət qədər çalışmışam. 2005-ci ildə orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Hüquq fakültəsinə daxil oldum, orada tarix və hüquq sahələrini dərindən öyrəndim. Daha dəqiq desəm, məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra Odessa Milli Dəniz Universitetinin Hüquq fakültəsinə daxil oldum. Artıq üçüncü və ya dördüncü kursda oxuyanda, qrup yoldaşlarımın necə məyusluq hissi keçirdikləri və bu peşədən narazı olduqlarını gördüm. Çoxları hüquq sahəsini seçdiyinə peşman olmuşdu. Yəqin ki, mənimlə razılaşarsınız; cəmiyyət bir tərəfdən hüquqşünaslıq, xüsusən də vəkillik peşəsini daha da romantikləşdirir. Digər tərəfdən, bizim peşəmizin “arxa planı” gündəlik iş rejimi və dözüm, diqqət və əzm tələb edən nəhəng intellektual iş prosesi olaraq qalır. “Suyun üzərində” qalmaq üçün daim öyrənmək, bilik və bacarıqları təkmilləşdirmək lazımdır, əks halda, bazardan düşmək riski var. Ona görə də əminəm ki, yuristprudensiya hər kəs üçün deyil.

- Hansı məhkəmə prosesi sizin üçün ən çətin olub?

- Ən çətin konkret bir prosesi qeyd edə bilmərəm. Hər bir proses öz-özlüyündə mürəkkəbdir. Hüquqi və faktiki baxımdan çətin olan məhkəmə prosesləri var. Mən milli əmtəə istehsalçısının maraqlarını təmsil etdiyim bir işi dəstəklədim. Bu prosesdə hüquq biliklərimlə yanaşı, fizika, kimya, iqtisadiyyat biliklərim də kömək oldu. Daha dəqiq deyəcəyəm; onlar qanunu bilməkdən də çox həlledici əhəmiyyət kəsb edirdilər. Həm də elə proseslər var ki, emosional baxımdan çətin olur, məsələn, çətin boşanma prosesi və ya vərəsəlik işləri. Fikrimcə, hər bir hüquqi proses peşəkar çağırışdır, çünki onun necə və kimin xeyrinə bitəcəyini 100 faiz əminliklə etibarlı şəkildə proqnozlaşdırmaq mümkün deyil.

- Bu gün Ukrayna müharibə vəziyyətindədir. Belə bir şəraitdə soydaşlarımız hansı hüquqi prosedurlara xüsusi diqqət yetirməlidir?

- Nəzərə alsaq ki, Ukraynada 2022-ci ilin fevral ayından hərbi vəziyyət hökm sürür, ilk növbədə, ölkədə olan Azərbaycan vətəndaşları təhlükəsizlik və komendant saatı ilə bağlı bütün tələblərə ciddi və mütləq şəkildə əməl etməlidirlər. Həmçinin miqrasiya qanunvericiliyində dəyişikliklərə xüsusi diqqət yetirmək və ölkədə qalmaq hüququ verən sənədlərin aktuallığını mütəmadi olaraq yoxlamaq lazımdır. Hər hansı bir şübhə yaranarsa, praktiki mütəxəssislərlə məsləhətləşməyi tövsiyə edərdim.

- Azərbaycanın işğaldan azad edilmiş əraziləri bərpa olunur. Artıq o bölgələrdə olmusunuz?

- Azərbaycanın həyatında baş verən bütün hadisələri yaxından izləyirəm və bu barədə məlumatlı olmağa çalışıram. Təbii ki, Azərbaycanın rəsmi orqanlarının icazəsi ilə mən işğaldan azad edilmiş ərazilərə, xüsusən də Qarabağın tarixi-mədəni qalasına - Şuşa şəhərinə səfər etmək istərdim.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see820

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see262

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see225

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see204

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see195

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see176

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see150

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see149

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see142

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see141

Südü heç vaxt soyuducunun qapısında saxlamayın Səbəb açıqlandı

26 Noyabr 2025 20:48see137

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see137

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see133

Gündə 4 fincan içmək qocalmanı yavaşladır

28 Noyabr 2025 05:05see131

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see129

KL: Samsunspor səfərdən 1 xalla dönür

28 Noyabr 2025 02:26see129

Yağlısı infarkta aparır Yağsızı min bir dərdə dərmandır

27 Noyabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri