“Ümid və həmrəylik yolu Azərbaycan xalqını irəli aparır” Kəmalə Həşimova
Icma.az bildirir, Sia Az portalına istinadən.
“Ulu öndər Heydər Əliyev xalqının yanında oldu və ən çətin anlarda belə onun gələcəyi üçün çalışdı. O, çıxışlarından birində bildirmişdi: "Biz torpaqlarımızı müvəqqəti itirmiş ola bilərik, amma bir gün o torpaqlara qayıdacağıq və orada daim yaşayacağıq. O yurd yerlərində, o torpaqlarda yenidən Azərbaycan nəfəsi gələcəkdir"". SİA xəbər verir ki, bu sözləri Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Həşimova Ümumilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Kəmalə Həşimova qeyd edib ki, biz bu ümidlərlə irəliləyirik, bu inamı ürəyimizdə daşıyaraq yolumuza davam edirik. Əminik ki, bu yol – necə ki, uğurlu bir yoldur – bundan sonra da uğurla davam edəcək. Cənab Prezidentimizin rəhbərliyi ilə bu siyasət qətiyyətlə həyata keçirilir. Biz xalq olaraq birləşməli, həmrəy olmalı və bu yolu birgə yürüməliyik.
Sonda o vurğulayıb ki, 2025-ci ildə müstəqil Azərbaycan vətəndaşları olaraq qarşımızda böyük hədəflər var. Bu il ölkəmiz üçün xüsusilə əhəmiyyətlidir. Biz suveren və azad Azərbaycanın yolunda birliyimizi qoruyaraq irəliləməliyik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 10 Dekabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















