Icma.az
close
up
RU
Fələstindən Ukraynayadək: Sayrışan ümidlər...

Fələstindən Ukraynayadək: Sayrışan ümidlər...

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Müdafiə nazirləri adətən hökumət kabinetlərində heç də "axırıncı adamlar” olmurlar, xüsusən də ölkə hansısa hərbi münaqişə yaşayanda. 

Bunu İsrailin müdafiə naziri İsrael Katsa da aid etmək olar. ABŞ prezidenti Tramp, eləcə digər siyasətçilər və siyasi müşahidəçilər Qəzzayla, ərəb-İsrail münaqişəsilə bağlı hər gün optimist senarilər cızmaqdaykən, hətta Qazaxıstanın "İbrahim sazişi”nə qoşulmasını fövqəl hadisə kimi yozmaqdaykən, elə bugünlərdə İsrailin müdafiə naziri İsrael Kats bəyan etdi ki, heç bir Fələstin dövləti olmayacaq, Qəzza da tamam demilitarizasiya ediləcək...

Məncə, İsrail hökuməti adından bundan mötəbər bəyanat olmaz: bir daha deyirik ki, bunu hazırda İsrailin hökumət başçısına ən yaxın siyasi fiqurlardan biri - müdafiə naziri söyləyir.

Qəzzanın demilitarizasiyası narahatlıq yaratmır, hətta deyərdik ki, gələcək sülhün təməli kimi vacibdir və yalnız Fələstin dövləti yaradılarkən onun hansı müdafiə potensialına və strukturuna malik ola bilməsi ciddi müzakirələrin predmeti ola bilər, gələcəkdə regionda yeni hərbi eskalasiya üçün əlavə zəmin olmasın.   

Qəzzada hələlik hərbi infrastruktura malik olan HƏMAS-dır, o, isə nəinki qanuni Fələstin dövləti, heç Fələstin Administrasiyası da demək deyil. 

Ən əsası da ona bütün Fələstin və yaxud da fələstinlilər adından danışmaqçün kimsə mandat verməyib, əksinə çox dövlətlər tərəfindən təşkilat terrorçu kimi tanınıb və buna görə də tərksilah olunmalıdır, bir şərtlə ki, prosesə beynəlxalq institutlar nəzarət etsin. 

Təlaş yaradan gələcək Fələstin dövləti haqda deyilənlərdir. Sanki Qəzzada savaşa start veriləndən İsrail rəsmiləri bütün Fələstinə hücum edirmiş kimi başladılar İsrail və Fələstinlə bağlı indiyədək əldə olunmuş bütün beynəlxalq qərarları inkar və rədd etməyə! Problem yalnız bundadır və o, nəinki ayrı-ayrı insanları, hətta dünyanı narahat etməyə başlayıb, əks təqdirdə Fələstinin tanınması ilə bağlı müxtəlif dövlətlər yeni dalğa başlatmazdılar.

Məsələ həm də ona görə narahatlıq doğurur ki, Fəlsətin dövləti, bölgədə "iki dövlət senarisi”nin gerçəkləşməsi HƏMAS-ın, hansısa bir terrorçuların qərarı deyil, bu, hətta dünənin-bugünün də qərarı deyil, onu dünya dövlətləri, BMT yarım əsrdən də çox bundan əvvəl, prosesin lap başlanğıcında elan etmişdilər. 

İndi keçmiş tarixi səhvi kiminsə adına yazmaq asan deyil, əsrin 2/3-dən çox keçib o vaxtdan! Daha çox təhlilçi iddia edir ki, ərəblərin və fələstinlilərin radikallığı onda İsrail üçün fürsət yaratdı və bölgədə iki dövlət yarandı: biri həqiqətən mövcud olan İsrail, digərisə kağız üstündə qalan Fələstin...

Amma illər ərzində problem unudulmadı: orta əsrlər Avropasında "Yüz illik müharibə” deyilən hadisə olubdur. Təxminən oxşar şey indi Yaxın Şərqdə, ərəblərlə yəhudilər arasında baş verir. 

Daha yüz il keçsə də, yenə də insanlara "iki dövlət senarisi”ni unutdurmaq mümkün olmayacaq, hərçənd, demək olardı ki, ərəblərin onlarla dövləti, Ərəb Dövlətləri Liqası var və bölgədə bir ərəb dövlət də yaranmasa faciə olmayacaq. 

Amma sözdə demək asandır, reallıqsa başqadır. İsrael Katsın açıqlamasından sonra qardaş Türkiyənin prezidenti Rəcəb Tayib Ərdoğan da dedi ki, "iki dövlət senarisi” gerçəkləşməli və 1967-ci il sərhədləri hüdudlarında müstəqil Fələstin dövləti yaranmalıdır. 

Burada qeyd edək ki, Qazaxıstanın ardınca Azərbaycanı da tez bir zamanda "İbrahim sazişi”nə qoşulmağa səslələyənlər var. Hətta arada fikir yaranmışdı ki, nəinki Bakı, İrəvan da sazişə qoşulmalıdır. 

Hətta özümüz də düşünürdük ki, Zəngəzur layihəsinə dəstəyin müqabilində Tramp Bakıdan və eləcə də İrəvandan eyni addımı "İbrahim sazişi”lə  bağlı da atmağı umacaq. 

Hələlik belə şey müşahidə olunmur və bizə elə gəlir ki, Astana Vaşinqtonda G1+5 formatında keçirilən görüşdən bir növ riqqətlənərək addımı atdı. 

O ki qaldı Azərbaycana, əvvəllər də zənn edirdik, elə indi də güman edirik ki, məsələ Bakı ilə Ankara arasında soyuqluq yarada bilər; düzdü,  Astanın qərarı narahatlığı bir az azaldır, amma yenə Bakıyla Ankaranın məsləhətli hərəkəti daha məntiqli olardı. 

Belədəsə, bizim Ankaranın və qonşu İranın İsraillə bağlı siyasətində kardinal fərqlər var: Türkiyə qətiyyən İsrail dövlətinə qarşı deyil, sadəcə, beynəlxalq birliyin qəbul etdiyi qərarlara əməl olunmasını tələb edir. 

Problem, zənnimizcə, Təl-Əvivin son dövrlərdə aşkar olan bəzi ambisiyalarındadır: nədənsə, İsraili son vaxtlar Türkiyə amili çox dilxor edir. O gün baxırıq, Netanyahu özü deyir ki, Türkiyənin hərbçiləri Qəzzaya buraxılmayacaq! Niyə?.. 

Bir-iki gün keçdi və adını unutduğum bir İsrail naziri də anti-Türkiyə xarakterli bəyanat verdi!.. 

Məncə, problem ondadır ki, Türkiyə hazırda Yaxın Şərq hərbi-siyasi teatrında yeganə aktordur ki, Təl-Əvivlə Vaşinqtonun onu idarə etmək imkanı yoxdur: molla İranı qapazaltıdır, ərəb şeyxlərinisə deyəsən, ABŞ  başqa "vədlər”lə şirnikləndirir... 

Belədəsə, dünyanın, xüsusən də region dövlətlərinin İsrailə münasibətinin həqiqətən də dəyişməsi üçün onun özünün də bəzi məsələlərə qarşı münasibəti dəyişməlidir: Təl-Əviv anlamalıdır ki, "İbrahim sazişi” belə ərəb, müsəlman, eləcə də Yaxın Şərqdə sülhün və ədalətli həllin bərqərar olmasını istəyən digər mütərəqqi dövlətlərin də İsrail qarşısında kapitulyasiya-təslim aktı deyil.

Prezident Trampın sülh təşəbbüsünə (BMT də təsdiqlədi, amma HƏMAS rədd edir) gəldikdə, əvvəldən optimist deyildik və indi də düşünmürük ki, asan başa gəlməyəcək. Ona görə də Tramp Nobel sevdasına düşəndə ağlımıza gələn fikir bu, oldu ki, nədən ötrü, hələ ciddi bir şey yoxdur axı!.. 

Birincisi, Qəzza heç də bütün Fələstin deyil və məlum deyil ki, gələcəkdə o, Fələstinin olacaqmı, çünki hazırda onu iki nəzarət zonasına bölmək istəyirlər; bəli, bu gün iki, sabah üç, o bir gün də tamam heç... 

Tramp tələsik qərarlar qəbul etməkdə, xüsusən onların ətrafında səs-küylü şou yaratmaqda mahirdir (deyəsən, vaxtilə şoumen də olub), amma, gərək, özünün birinci idarəçiliyi dövründə Qüdslə bağlı verdiyi qərarı da unutmayaydı. 

Məncə, anlayır ki, asan olmayacaq və buna görə də iki dəfə İsrail prezidentinə müraciət edibdir ki, Netanyahunu əfv etsin. Düzü, dəqiq bilmirik, İsrail məhkəmələri Netanyahuya qarşı irəli sürülmüş korrupsiya ittihamları ilə bağlı qərar qəbul edibmi? Həm də adam hərbi cinayətkar elan olunub və bəxti onda gətiribdir ki, İsrail Roma statunu qəbul etməyib.  

Belədəsə, həmişə müharibə dövrünün bir, sülh dövrünün isə tamam başqa lideri olur  Bu xüsusda həttta məşhur tarixi presedent var: İkinci dünya müharibəsi bitən kimi keçirilən seçkidə ingilislər bu qələbənin əsas memarı Çerçillə yox, başqa adama səs verdilər... 

Bir daha deyirik ki, Tramp yəqin anlayır ki, Netanyahu Yaxın Şərqdə sülhü bərqərar etməkdə onun üçün problemlər yaradacaq. Burada daha bir detal yadımıza düşür. Hələ prezident Obama təxminən belə deyirdi ki, adam səhərin açılmasını istəmir; bilirsən ki, İsrailin baş naziri dərhal zəng edəcək! 

Düzü, artıq dəqiq xatırlamırıq ki, o vaxt İsralin baş naziri kim idi, amma bütün siyasi liderlər, az-çox, biri-birinə bənzəyirlər...

Ona görə sual yaranır: Bəlkə Knessetdəki çıxışında da Tramp buna görə Netanyahunu "müharibə dövrünün yaxşı lideri” adlandırmışdı?..

Daha bir qeydimiz var. Təsəvvrümüzcə, Tramp Yaxın Şərq müstəvisində daha çox səy göstərir, nəinki Ukrayna. Adama elə gəlir ki,  ABŞ prezidenti nəyin bahansına, olursa-olsun, Kiyevi Moskva ilə sülhə məcbur etmək istrəyir: sanki detallar onu maraqlandırmır, nəzərə almır ki, indiki şərtlərlə əldə olunacaq sülh nə qədər Ukraynanın və yaxud da onun xalqının maraqlarına cavab verir? 

Əlbəttə, indiki vəziyyətdə ABŞ-ın da imkanları tamam da hüdudsuz deyil, amma təkrar hakimiyyətə gəldiyi ilk gündən adam Putindən çox, Zelenskiyə təzyiq etməyə başladı. 

Həm də başa düşmək olmur: Tramp niyə belə tələsir? Axı digər problemlərlə, vaxtilə Əfqanıstanla bağlı daha çox səbr və "prinsipiallıq” nümayiş etdirirdi! Bəlkə Əfqanıstan SSRİ-nin sonuna aparan kimi elə Ukrayna da azı Putin Rusiyasının sonunu yaxınlaşdıracaq? Yoxsa ABŞ-ın planında ümumiyyətlə, belə şey yoxdur?    

Bəzən siyasətçilər bir müharibəni başqa bir müharibəni başlamaq (vaxtilə Trampdan daha böyük siyasətçi olan Çerçill də təxminən belə etmişdi: hamını səfərbər edib faşist Almaniyasını vurdu, bunu bitrən kimi isə keçmiş müttəfiqi SSRİ-yə "soyuq müharibə” elan etdi!) üçün bitirməyə tələsirlər. Hətta onu da anlamaq zorundayıq ki, Ukrayna müharibəsi ABŞ, xüsusən indiki hökumət üçün nəinki birinci, bəlkə heç ikinci problem deyil! Nə isə! 27-ni gözləyək, bəlkə başqa nəsə olacaq?..

Hüseynbala Səlimov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Noyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri