Icma.az
close
up
RU
Ümidsiz bir ədəbiyyat Selcan Ədalətin romanı

Ümidsiz bir ədəbiyyat Selcan Ədalətin romanı

Icma.az, Mia.az saytına istinadən bildirir.

I.Fəsil — Yanan odun, susan kağız

Yellənən kreslonun ritmik hərəkəti otağın səssizliyinə yumşaq bir nizam gətirirdi. Sobada yanan odunların çırtıltısı, zamanın içinə gizlənmiş qırıq səslər kimi, keçmişin sınmış xatirələrini oyadırdı. Şam işığının titrək alovu otağın divarlarında yavaş-yavaş rəqs edirdi, sanki heç bitməyəcək bir gecənin nəfəsini çəkib verirdi .O isə yun jaketə bürünmüş, donub qalmış fikirlərin arasından keçib, masanın arxasında oturmuşdu. Barmaqları arasında qara mürəkkəbli köhnə bir qələm. Qarşısında ucu bucağı görünməyən bir boşluq. Ağ vərəq.

Masanın bir kənarında, yarımqaranlıqda qırmızı şərabla dolu bir qədəh varıydı. İşığa düşəndə qədəhin içindəki parlaq qırmızı rəng sanki qanla dolu bir xatirəyə bənzəyirdi. Şərab, təkliyin sakitləşdirici susqunluğudur bəzən. O bir qurtum içdi. Dadı əvvəlcə isti, sonra azca acı idi. Sanki keçmiş kimi. Sanki yazmaq istədiyi roman kimi.

Nəfəsini içinə çəkdi. Qələm kağıza toxundu.

"ÜMİDSİZ BİR ƏDƏBİYYAT" sözlərini  yazdı. Asta, lakin qətiyyətli hərflərlə! Hər hərf, sanki içindəki bir inamın qalıqlarını cızırdı vərəqə!

Sonra əli dayandı. Qələm dondu. O gözlərini vərəqin səssizliyinə dikdi. İçində heç kimə demədiyi bir suala cavab axtarırdı. O sual dillənmədi.

Yalnız qəlbinin içindən, ruhunun dərinliklərindən asta, kimsənin eşitmədiyi bir pıçıltı yüksəldi:

- Axı ümidsiz ədəbiyyat olmur!... Ədəbiyyat olan hər yerdə ümid var !...

Amma o bu romanı yazacaqdı. Əksinə, əinana-inana. Çünki bəzən ümid deyil, ümidsizliyin özü xilas edir insanı, çünki artıq gözləyəcək bir şey qalmır.

Və o bu qədəhi sonadək içəcəkdi, hər cümlənin dadını dilində hiss edə-edə...

Sobada alışan odunların çırpıntısı otağın dərin sükutuna qarışırdı. Hər çırtıltı sanki bir sükutun içindən gələn etiraf idi. Şam işığı divarlarda titrəyirdi, divarlar isə illərlə susmuş sözlər kimi nəfəs alırdı.

Qəzetlər, klaviaturalar, ekranlar arasında boğulan bir dövrün içində, o hələ də qələmlə kağızın sevgisinə sadiq qalmışdı.

Bunu niyə etdiyini özü də tam anlamırdı ,amma hardasa içində bir duyğu ona deyirdi: “Bəzən barmaqla vərəqlərə hopmayan söz, ürəyə də toxunmur.”

Qar yağırdı. Çöl sakit idi, amma bu sakitlik donmuş zamanın içində gizlənmiş səs kimi idi. Qar  yerlə dost ola bilmirdi , toxunmadan əriyirdi. Sanki bu dünyaya aid olmadığını bilirmiş kimi.

Soyuq... bədənə yox, ruhun iç qatlarına işləyən bir soyuq. Amma o alışmışdı. Bu səssizliyin içində, bu kənd evinin taxta divarları arasında onun başqa bir dünyası vardı.

Kağızın üstünə bərkidilmiş sətirlərdən birində belə yazdı:

Hava soyuq idi... olduğu kimi. İndi isə daha da soyuqdur.

Qələm davam etdi:

-Külək yenə Bakıdan əl çəkmir. Onu öz soyuq qucağında, köhnə bir sevgili kimi silkələyir. Qəzəblə, amma vərdişlə. Sanki bu şəhəri tanıyır, onunla danışır, onu danlayır. Küləyin sovurduğu qar dənəcikləri Xəzərin üzərində uçuşur,  sanki dənizin göz yaşlarını göyə daşıyır.

Gecə ən dürüst zamandı .Gündüzün yalançı gülümsəmələrini silib, üzə yalnız həqiqəti çıxarır. İnsanla öz arasına heç nə qoymadan, onu özünə baxmağa məcbur edir.  Bəlkə də, elə insan özü düşünmək üçün gecəni gözləyir,çünki işıqda hər şey görünür, amma ancaq qaranlıqda dərk olunur.

Bu sözlər təkcə yazılmırdı. Onlar həm də xatırlanırdı. Haradasa içində, xatirə ilə xəyali arasında bir yol vardı, o yolun üstündə külək Bakını silkələyir, dəniz danışır, küçələr bir qadın siluetini öz içindən keçirdirdi.

Onu keçmişə bağlayan şey yalnız xatirələr deyildi. O keçmişin içində nəyisə,  bəlkə də özünü  axtarırdı.

Yaşanmamış bir ömrün, yarımçıq qalmış bir taleyin səsini yazıya köçürmək istəyirdi.

Bəlkə də hər insan, bilmədən, başqa bir həyatın davamıdır.

Şamın alovu titrədi. O əlini uzadıb onu üfürdü. İşıq sönərkən bir anlıq hər şey dayanmış kimi oldu. Qaranlığın içində yalnız tüstülənən bir iz qalırdı.

Və sanki onunla birlikdə hansısa unudulmuş bir ömür də yuxudan oyanırdı...
II Fəsil  — Sən kimi gələn olmadı

Oxu zalı bu gün də hər zamankı kimi səssiz idi , sanki sözlərin səslənmədiyi, amma ən çox danışdığı bir məbəd kimi. Divarlardan kitab qoxusu gəlirdi. Zaman burada fərqli axırdı nə qədər səhifə çevrilsə də, saat tərpənməzmiş kimi.

İyirmi üç yaşlarında, uzun saçlarını arxaya yığmış, qaşının üstündə nazik çapıq olan, ağbəniz bir qız stolun arxasında oturmuş, diqqətlə romanın sətrinə köklənmişdi. Bura onun üçün yad deyildi. Hər həftə gəldiyi sığınacaq idi bura. Amma bu dəfə nədənsə fərqli bir saatda gəlmişdi,  özü də bilmədən, sanki qəsdənmiş kimi…
Zalın qapısı açıldı. Sakitliyi yararaq, bir nəfərin içəri daxil olduğunu hiss etdi. Başını qaldırdı  və baxışları bir cüt dərin, mavi gözlə toqquşdu. Gözlər dəniz kimi idi. Sakit görünür, amma alt qatında sükutla gizlənən bir fırtına duyulurdu.Təxminən otuz yaşlarında, hündür boylu oğlan,  sakit addımlarla içəri keçdi. Zalda başqa boş yer yox idi. Qızın qarşısındakı stula yaxınlaşıb oturdu.

Qız gözlərini yenidən kitabına çevirməyə çalışsa da, nə isə dəyişmişdi. İstər-istəməz oğlanın kitablarına baxdı onun oxuyacağı kitabların  adları maraq oyatmışdı. Boynunu bir az irəli uzadaraq kitabın üz qabığını oxumağa çalışdı, lakin oğlan, bunu hiss etmiş kimi, kitabı yüngülcə özünə tərəf çəkdi, sanki o səhifələrə kimsənin baxmağını istəmirdi.

Bir müddət ərzində heç bir söz deyilmədi. Sadəcə səssiz bir diqqət, içdən gələn maraq və baxışların arxasında gizlənən bilinməzlik…

Sonra oğlan sakitcə ayağa qalxdı. Telefonunu, açarlarını, kitablarını toplayıb çıxmağa hazırlaşdı. Getdi. Ardınca hava bir az soyudu sanki.

Qız bir müddət oturdu. Lakin o da artıq nə oxuyurdu, nə də sətrləri dərk edirdi. Gözləri oxuduğu səhifədə, fikri getmiş addımlarda qalmışdı. O da kitabı bağlayıb qalxdı, çıxışa doğru yönəldi.

Tam qapıdan keçmək üzrə idi ki, arxadan bir səs gəldi:

- Ay qızım, kitabı vermədiniz!

Kitabxanaçı qadının səsi, qızın içində nəyinsə yarımçıq qaldığını daha da vurğuladı. Amma artıq gec idi , çöldə maşının mühərriki işə düşmüş, oğlan şəhərin küçələrinə qarışıb getmişdi...

Qız çıxışın kənarındakı pilləkənlərə oturdu. Qış küləyi saçlarının uclarını oynadırdı. Bir anlıq göyə baxdı, sonra gözlərini üfüqə dikdi.

Dodaqlarından asta, incə bir pıçıltı süzüldü:

- Nə deyəcəkdin, hə?.. “Gözlərin nə qəşəngdir… Mənim adım kimi.”

Söz bitdi. Amma o baxışlar sanki içində bir ümid qapısı açmışdı . İllərdir bağlı olan bir qapını… Yalnız bir anlıq baxışla...

P.S. Selcan Ədalətin "Ümidsiz bir ədəbiyyat" romanının ardı olacaq!

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:434
embedMənbə:https://mia.az
archiveBu xəbər 13 Noyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Putinin təklifinə çox ehtiyatla yanaşacaq

30 İyun 2026 09:19see538

Paris Fransadakı istilərə görə ABŞ ı ittiham etdi

30 İyun 2026 09:51see368

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

30 İyun 2026 11:30see364

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

30 İyun 2026 09:20see294

Almaniya əlavə vaxtda oynamaq üzrə mundialların rekorduna imza atıb

30 İyun 2026 05:22see251

50 illik seriya bitdi Almaniya penaltilərdə uduzdu

30 İyun 2026 03:36see238

Aviakompaniyalar Aİ rəhbərliyindən sərhəd yoxlamalarının yumşaldılmasını istəyir

01 İyul 2026 09:43see229

Fransa Özbəkistan əməkdaşlığı müzakirə edilib

30 İyun 2026 14:25see200

Fərid Qayıbov idmançılarla görüşüb

01 İyul 2026 02:04see193

“Vudi”nin missiyası dəyişdi Uşaqları ekrandan ayıracaq

01 İyul 2026 06:21see187

Türkiyə Aİ dən obyektiv yanaşma gözləyir Fidan

01 İyul 2026 05:00see181

Almaniyanın Rheinmetall şirkəti Ukraynaya 155 millimetrlik mərmilər tədarük edəcək

01 İyul 2026 05:24see174

Qanunun keşiyində: 2 İyul Azərbaycan Polisi Günüdür

01 İyul 2026 12:58see172

Sumqayıtda benzin daşıyan yük avtomobili teplovozla toqquşub, xəsarət alan var FOTO

01 İyul 2026 01:04see168

Paolo Maldiniyə İtaliya millisində vəzifə təklif olunub

01 İyul 2026 05:12see164

Meksika Ekvadora qarşı

01 İyul 2026 05:00see160

Yaddaşlara həkk olunan “Məzun günü”

01 İyul 2026 16:51see160

İlk bölümdən ürək parçalayan: Unudulması sadəcə mümkün olmayan yapon dramları

30 İyun 2026 18:32see158

DÇ 26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA

01 İyul 2026 10:00see158

Mbappe Messiyə yaxınlaşdı Dünya çempionatlarında 18 ci qol

01 İyul 2026 03:08see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri