Icma.az
close
up
RU
Ümidsiz obsessiyanın Labirint i: bədbəxtlik haqqına sayğı duruşu

Ümidsiz obsessiyanın Labirint i: bədbəxtlik haqqına sayğı duruşu

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

"İnsan ən çox onun yumor hissini və bədbəxt olmaq haqqını şübhə altına alanda inciyir" - deyirdi Sinkler Luis.

"Labirint" povesti - bir insanın bədbəxt olmaq haqqına qüssəli "sayğı duruşu" kimidir...

Yazıçı, publisist İmamverdi İsmayılovdan oxuduğum ilk bədii əsər "Bayquş və qarovulçu" hekayəsi idi. Daha əvvəl də bədii yazıları olub bu imzanın. Ancaq mən onu yazıçı kimi məhz "Bayquş və qarovulçu"da kəşf elədim. Bu, mistik realizmin çox maraqlı, hətta mən deyərdim, heyrətamiz nümunəsidir; dərc olunan kimi səs-küy yaratması da bundandır.

"Bayquş və qarovulçu"da bayquşa - təbiətə əl qaldıran insan əslində özünü hədəf alıbmış. Bir gecə o bayquşa atılan güllənin insana dəyməsi - bu "bədii məhkəmənin" qəfil hökmü oxucunu silkələyib oyadır, özünə qaytarır. İnsana bu dünyadakı yerini göstərur, öz hücrəsini nişan verir. Xarabalıqların "qarovulçusu" - uğursuzluğun carçısı olan gecəquşu əslində insanın öz içindəki xarabalıqlardan da xəbər verir. Qarovulçu kişi də elə öz içindəki viranələrin "dağıntıları" altında qaldı.

"Bayquş və qarovulçu"nun finalı - faciənin son ölümcül səhnəsi gecənin qaranlığında insanın öz zalım teatrında "oynanılır". Ancaq bu zülmətin özü bizə əsərin əsas fabulasını, müəllifin əsl məramını o qədər aydın nümayiş etdirir ki!

Sözün açığı, mən gözləmirdim...

Nəyi gözləmirdim?!

Deyim: "Bayquş və qarovulçu"dan sonra müəllifin bu hekayədən daha irəli gedə biləcəyinə şübhə etmişdim, nə gizlədim.

Düşünürdüm, yazıçı bundan sonra nə yazsa, ya bu hekayədən zəif, ya da ən yaxşı elə bu səviyyədə olacaq. Ancaq "Labirint" povesti məni yanıltdı: İmamverdi İsmayılov tamanilə yeni bir bədii "tavan" yarada bilib bu əsərlə.

Hər belə situasiyada xatırladıram: mən ədəbiyyatşünas deyiləm, ədəbi tənqidçi deyiləm. Sadəcə, oxucu kimi öz təəssüratlarımı bölüşürəm. Odur ki, bir babat oxucu kimi bircə bunu deyə bilərəm: "Labirint" povesti öz müəllifinin belə gözləntilərini aşan bədii mətndir.

Bu müəllif hər bədii mətni ilə özünü bir yazıçı kimi yenidən yaradır. Təbii ki, öz ədəbi dil özəlliklərini, fərdi yaradıcı üslubunu saxlamaqla.

İmamverdi İsmayılovdan mənim oxuduğum hər iki əsərdə (bəlkə də ən çox "Labirint"də) gördüyüm budur: müəllif ana dilimizin çox dərin leksik qatlarına enir, əlçatmaz-ünyetməz bildiyimiz frazeoloji laylarını, folklor söykəkli süxurlarını tərpədir. Ona görə də "Labirint"in törətdiyi "bədii tektonika" dağıdıcı deyil. Bu "məna zəlzələsi" ürəkləri titrətməklə yanaşı, insanın iç dünyasında hər şeyi "silkələyib" ... yerbəyer edir.

"Labirint"i oxuduqca, əsərdə müəllifin bəlkə də özünün belə ağlına-eyninə gəlməyən (özündən asılı olmadan, hətta özünə rəğmən!) heyrətamiz allüziyalara rast gəlmək olur.

Povestin "dərinliklərinə" varınca, Yan Fossenin "Səhər və axşam" novellasının ana süjeti yaddaşda təzələnir.

Yox, "Labirint" həm ideya, həm məzmun baxımından, üstəlik öz orjinal bədii narrativi ilə "Səhər və axşam"dan tam fərqlənir. Bu, Fossedən təsirlənmək də ola bilər (əlbəttə, əgər yazıçı bu Norveçli Nobel mükafatçısını oxuyubsa, təsirlənmə mümkündür), ancaq hər bir halda povest bu allüziya duyğusunu ötürür.

Fossenin novellasında insan özünün əvvəli ilə axırı arasındakı zamanı varlığı ilə "doldurmağa" çalışırdı. "Labirint" isə varlığın özündəki "yoxluq" duyğusunun verbal tablosudur. Fossenin novellasında insan öz sonunu (apriori sonluğunu) gözləyə-gözləyə sona çatır, "Labirint"də isə insan öz varlığını sonluğa kökləmiş kimi yaşayır, dünyanın faniliyinə varır, çoxlu insanlar arasında özünü sanki "tənhalaşdıraraq", həyatının finiş xəttini özü çəkir. Ətrafdakı bu qədər mənasızlığın içində məzmunsuzluğa yuvarlanmaqdan qorxur. Bu hiss ona ölüm qorxusunu unutdurmuş kimidir...

Yaxud başqa bir misal. "Labirint"də yazılır: "Dəfn mərasimində hamı qəmgin və üzgün, dərin xəyallara qərq olur. Hamı qəm-qüssə içində, dünyanın faniliyindən gileyli, elə ki, qəbiristanlıqdan çıxdılar, hər kəsin qoynunda əfi ilan baş qaldırır. Yollar haçalanır, hərə öz qibləsincə yellənir..."

Povestin bu hissəsi istər-istəməz Seyran Səxavətin "Daş evlər" romanının bədii ruhuna (bəlkə də müəllifin özündən də "xəbərsiz"!) uğurlu allüziyadır, elə deyilmi?!

Hər halda məndə belə bir assosiasiya oyandı.

Onu da deyim: allüziya - incə eyhamlardır, göndərmədir; müəllif öz mətnində oxucunun diqqətini ya bilərəkdən, ya da bilməyərəkdən "şaxələndirir", özünün yaratdığı bədii situasiyaları, qənaətləri başqa mötəbər ədəbi "instansiya"ların "təsdiqinə" göndərir.

Bu, yazıçıdan həm insani cəsarət, həm də ədəbi məharət tələb edir. Belə ədəbi fəndlərə biz dünya ədəbiyyatının ən uğurlu nümunələrində də rast gəlirik.

Yazıçının öz talesiz (həm də axıra qədər adsız) personajına biçdiyi obsessiya yaşadığımız qlobal cəmiyyətin (irili-xırdalı bütün toplumların!) yoluxduğu-yuvarlandığı ən ümidsiz sindromlardandır.

Bu baxımdan insanı öz həyatı ilə ölümü arasındakı boz boşluqda dolandıran labirint povestin əsas fabulasını doğurur.

"Labirint"də insan öz həyatının içində fırfıra kimi fırlanır. Həm fikrən, həm də hərəki...

Bu baxımdan bədii mətndən çıxan düzünə və trivial ritorik sual belə olacaqdı: "Ayağının altından yer qaçanda sən hara qaçacaqsan?"

"Labirint" bununla indiki informasiya cəmiyyətinin informasiyalı cəhalətinə bədii güzgü tutur. Bu güzgünün "obyektivi" təkcə Yer həyatına deyil, Göylərin dərinliklərinə də yönəlib: "Göylər niyə belə tənhadır, bəlkə orda canlı yaşamır, ona görə?!"

Bu, elə ritorikadır, ardı-arxası, necə deyərlər, "astar üzü" də var, ya da bəlkə yox: Göylərdə də canlı var, ancaq o da Göylərə xas tənhalığı yaşayır - istər-istəməz belə bir yozum gəlir ağla. Yaxud "Labirint"də "Göylərin tənhalığı" ifadəsi Allahın yalnızlığına işarədir. Beləliklə də insanın tənhalığı ilə Allahın təkliyi arasındakı kontrastlı oxşarlığa eyham vurulur.

Nə bilim. Çox qəribə assosiyalardır, maraqlı interpretasiyalar üçün meydan var...

"Labirint"in doğurduğu başqa bir paralel də diqqət çəkir. Qarasifətli...donuq gözlü yoxsul və qürurlu gülsatan uşaq... Əsl metaproza örnəyidir; povest içində hekayə. Lap Andre Jiddəki kimi...

Adre Jid dedim, yadıma Mişel Uelbek düşdü. Onun məşhur romanının əsas personajı "Fransua" da hər şeydən əlini üzüb və həyatının sona çatdığını (ya da sona çatmalı olduğunu) hiss edir. "Labirint"də isə insanı bu nöqtəyə gətirib çıxaran daxili duyğusundan, fərdi qavrayışından çox, onu çevrələyən həyatın özüdür. Sanki həyatın özü həyatın özünə son qoyur.

Çünki... insanın "yaşadığı ömür atılmayan tüfəng lüləsi kimi boşuna tüstülənir"...

Məncə, daha da uzatmağa gərək yoxdur. Oxucunu bundan daha çox yönləndirmək istəmirəm. Ümumiyyətlə, yönləndirmək istəməzdim.

Niyə?!

Çox sadə səbəb var: əvvəl də yazdığım kimi, əsər yazılıb bitənə qədər yazıçınındır, oxunub bitəndən sonra artıq oxucunundur. "Labirint" povestinin müəllifi İmamverdi İsmayılov, sahibi isə oxucudur. Yekun rəyi də məhz geniş oxucu auditoriyası - əsərin QANUNİ SAHİBİ bildirəcək.

Hər halda "Labirint"in oxucusu kimi mənim fikrimi soruşsaydınız, deyərdim: bu əsərin də "ayağı düşərli, sayalı" olacaq.

Bəlkə də " Bayquş və qarovulçu" hekayəsindən də çox...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 İyun 2026 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri