Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yazarın sirli “Labirint”i...

Yazarın sirli “Labirint”i...

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Azərbaycan ədəbiyyatında elə yazarlar var ki, onları yazdığı əsərlərlə birgə, düşüncə tərzi, dünyaya baxışı və milli yaddaşa münasibəti ilə dəyərləndirmək lazım gəlir.

İmamverdi İsmayılov da bu qəbildən olan qələm adamlarındandır. O, mütaliəyə ciddi zaman ayırmaqla yanaşı, milli-mənəvi irsimizə, yeni çağırışlara da yaxşı bələddir. Onun hər yazısında süjet və hadisədən daha qabarıq geniş dünyagörüşünün yaratdığı düşüncə qatları görünür.

İmamverdi İsmayılovun yaradıcılığında diqqətimi ən çox çəkən cəhətlərdən biri dil məsələsidir. Onun dili süni bədii effektlər üzərində qurulmur. Bu dilin içində xalq yaddaşı, kənd həyatının təbii axarı, folklor düşüncəsinin izləri, qədim etnoqrafik qatların ruhu yaşayır. Yazdıqları adamı hadisənin içinə də, yaddaşın dərinliyinə də aparır. Çağdaş insanın sürətlə unutduğu bir çox mənəvi detalları o, sanki mətnlərində yenidən dirildir. Marqarita pizza

“Labirint” povesti də bu baxımdan maraqlı və düşündürücü əsərlərdən biridir.

Burada sadəcə bir insan taleyi, yaxud ölüm faktı təsvir olunmur; əsərdə insanın öz iç dünyasında itməsi, həyatın görünən və görünməyən qatları arasında dolaşması, vicdanla yaddaşın toqquşması kimi məqamlar ön plana çıxır.

Əslində, insanın özündən qaça bilməməsi məsələsi əsərin əsas fəlsəfi xəttinə çevrilir. Çağdaş dövrdə texnologiyanın, informasiya gurultusunun və siyasi gündəmin içində insanın özü ilə münasibəti ən böyük problemlərdən birinə çevrilib. İmamverdi İsmayılov bu məqamı sakit, emosional hayqırtıya varmadan, amma dərin psixoloji müşahidələrlə təqdim edə bilir.

Onun yaradıcılığında etnoyaddaş xüsusi yer tutur. Bu, keçmişə romantik nostalji kimi görünmür, əksinə, milli kimliyin qorunması məsələsi kimi ortaya çıxır.

Çünki yaddaşını itirən toplum zamanla mənəvi yönünü də itirir. İmamverdi müəllimin mətnlərində xalqın danışıq ritmi, davranış kodları, inanc dünyası və yaşam fəlsəfəsi öz təbii axarında görünür. Bu da onun əsərlərini yalnız bədii mətn olmaqdan çıxarıb, bir mədəniyyət hadisəsi kimi oxumağa imkan verir.

Bugünkü Azərbaycan ədəbiyyatında çox yazanlar var, amma az sayda müəllif oxucunu düşündürə, onu öz daxilinə qaytara bilir. İmamverdi İsmayılovun fərqi də, məncə, bundadır. O, oxucunu sadəcə hadisə ilə qarşılaşdırmır, onu öz vicdanı, yaddaşı və mənəvi labirinti ilə üz-üzə qoyur. Həqiqi ədəbiyyatın əsas missiyası elə bu deyilmi?..

Fazil Mustafa,

Millət vəkili


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 May 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1459

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see723

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see517

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see503

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see497

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see464

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see422

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see420

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see358

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see338

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see315

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see308

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see298

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see296

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see285

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see284

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see283

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see282

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see280
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri