“Ümidvarıq ki, Azərbaycan vətəndaşları da vizadan azad ediləcək”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
“Bu yaxınlarda biz Çin vətəndaşlarını viza almaq tələbindən azad etdik”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, indi Çin vətəndaşları heç elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər: “Ümidvarıq ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq. Beləliklə, bu, turistlərin sayını, xalqlar arasında təmasları artıracaq və əlbəttə ki, ictimai diplomatiya öz rolunu oynayacaq. İndi biz rəsmi diplomatik kanallardan istifadə edirik - siyasi, iqtisadi, ticari, investisiya, bağlantı. Lakin ictimai diplomatiya buna çoxlu töhfə verəcəkdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 12 Fevral 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















