Azərbaycan Şahmat Federasiyasının prezidenti: Ümidvarıq ki gələcəkdə bütün çempionatlarımız belə keçəcək
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ümidvarıq ki gələcəkdə bütün çempionatlarımız belə keçəcək.
"Report" xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ölkə çempionatının bağlanış mərasimində jurnalistlərə açıqlamasında deyib.
Qurum rəhbəri bu gün başa çatan yarışla bağlı təəssüratlarını bölüşüb:
"Tarixi, Azərbaycanın ən güclü şahmatçılarının iştirakı, həm də ilk dəfə bu sistemlə keçirilən yarış başa çatdı. Bu gün qaliblər müəyyənləşdi. Finallar çox gərgin mübarizə şəraitində keçdi. Şəhriyar Məmmədyarov gözləniləndən daha fərqli olaraq ikinci yeri tutdu. Baxmayaraq ki final mərhələsinin ilk mərhələsində üstünlük nümayiş etdirmişdi. Bu idmandır, səhv edən məğlub olur".
M.Məmmədov ölkə çempionatını rekord sayda tamaşaçı izlədiyini vurğulayıb:
"Şahmatçıların hər birinin bu yarışda iştirakından məmnunuq. Deyilənə görə çempionatı rekord sayda tamaşaçı canlı izləyib. Rəqəmlər də açıqlandı. Həm sosial şəbəkələrdə, həm də televeziya vasitəsilə geniş şəkildə işıqlandırıldı. Bu da bizi sevindirməyə bilməz. Ümidvarıq ki gələcəkdə bütün çempionatlarımız belə keçəcək. Bütün şahmatçıları təbrik edirəm".
Qeyd edək ki, kişilərin mübarizəsində Rauf Məmmədov finalda Şəhriyar Məmmədyarovu üstələyərək karyerasında 6-cı dəfə Azərbaycan çempionu olub. Üçüncü yeri Misrətdin İskəndərov tutub.
Qadınların yarışında Günay Məmmədzadə Gövhər Beydullayevanı məğlub edərək çempion tituluna yiyələnib. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Ülviyyə Fətəliyevaya qalib gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 15 Fevral 2025 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















