Icma.az
close
up
RU
ÜMT: Rekord səviyyədə ekstremal isti hava şəraiti avqustda da davam edir

ÜMT: Rekord səviyyədə ekstremal isti hava şəraiti avqustda da davam edir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 8 avqust, AZƏRTAC

Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) son hesabatında bildirilir ki, iyul ayında və avqustun ilk günlərində bütün dünyada ekstremal istilərlə bağlı rekordlar qeydə alınıb.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, Pekindəki Dünya Meteorologiya Mərkəzi isti dalğalarının Çin, Yaponiya, Cənubi Koreyada, həmçinin Pireney yarımadasında və Meksikanın şimalında davam edəcəyini proqnozlaşdırır. Bu bölgələrdə maksimum temperaturun 38 ilə 40 dərəcə Selsi arasında olacağı, Səudiyyə Ərəbistanı, İraq, İran, Şimali Afrika və ABŞ-ın cənub-qərbində bəzi yerlərdə havanın hərarətinin 45 dərəcə Selsini keçəcəyi gözlənilir.

Kanada 6,6 milyon hektar ərazinin yanması ilə rekord qıran ən pis meşə yanğınlarından birini yaşadığı bir vaxtda iyulun sonu və avqustun əvvəlində ABŞ-ın bir sıra əyalətləri və şimal ştatları da bundan təsirlənib. Bu yay iki dəfə Kanada yanğınlarının tüstüsü Atlantik okeanını keçərək avqustun 5-dən 7-dək Qərbi Avropanın, iyunun sonunda isə Mərkəzi və Cənubi Avropanın səmasına yayılıb.

Başqa ölkələr də - Kipr, Yunanıstan və Türkiyə əhalini təxliyə etməyə məcbur edən və ölümlərə səbəb olan meşə yanğınları ilə mübarizə aparır. ABŞ-da Arizona ştatının Böyük Kanyon Milli Parkında baş verən meşə yanğını bu məşhur ərazidə turizmi tamamilə dayandırıb.

ÜMT Baş katibinin müavini Ko Barret bildirib: “Həddindən artıq istiləri bəzən səssiz qatil adlandırırlar, lakin bugünkü elm, məlumat və texnologiya ilə hər bir ölümün qarşısı alına bilər”.

ÜMT istiliyin erkən xəbərdarlığı sistemlərini gücləndirmək üzərində işləyir. Qlobal və yerli tərəfdaşlarla əməkdaşlıq edən təşkilat, həmçinin ölkələrə istilik-sağlamlıq fəaliyyət planları hazırlamağa və risk altında olan əhalinin vaxtında xəbərdarlıq almasını təmin etməyə kömək edir. Əsas diqqət isə 2015-ci il Paris Sazişinə uyğun olaraq qlobal istiləşməni sənayedən əvvəlki səviyyədə - 1,5 dərəcə Selsidə məhdudlaşdırmaqdır.

Təşkilatın hesablamalarına görə, təkcə 57 ölkədə istiliklə bağlı xəbərdarlıq sistemlərinin genişləndirilməsi hər il təxminən 100 min insanın həyatını xilas edə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Avqust 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri