Icma.az
close
up
RU
Ümumdünya İnsan Hüquqları Günü İnsan olmağın ən böyük dəyəri…

Ümumdünya İnsan Hüquqları Günü İnsan olmağın ən böyük dəyəri…

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər il 10 dekabrda dünyada bir gün qeyd olunur ki, burada təkcə hüquqlar deyil, insan olmağın özü xatırlanır. Bu gün – Ümumdünya İnsan Hüquqları Günü – dünyaya,insan övladına bir həqiqəti yenidən göstərir:
Heç kəsin haqqı başqasından üstün deyil və hər bir insan dəyər üçün yaradılıb.
Bəzən gündəlik həyatın tələsi, problemlər, stress bizləri bir həqiqətdən uzaqlaşdırır və ya uzaqlaşmağı seçirik.
Hər kəs – yaşı, cinsi, irqi, dili, dini, düşüncəsi nə olursa-olsun, hörmət olunmağa, eşidilməyə və qorunmağa layiqdir.
 

Allahın yaratdığı hər insan övladı yarandığı gündən hüquqlarını da qazanır. O hüquqlar ki insan hüquqları deyəndə bu yalnız qanun kitablarında yazılan maddələr kimi dərk olunmamalıdır.


Bu, hər gün yaşadığımız kiçik, amma gerçək, bəzən əhəmiyyət vermədiyimiz, insan həyatı üçün önəmli toxunuşlardır.
Nədir bu toxunuşar, nədir bu həyati maddələr?
• Bir-birinə hörmətlə davranmaq,
• Seçim azadlığını qəbul etmək,
• Kimsənin ləyaqətinə toxunmamaq,
• Ədalətin hər kəs üçün eyni işləməsini istəyib ona dəstək olmaq.
Məhz bu bəndlər və onun əsasında genişləndirilmiş xassələr insan hüquqlarının əhəmiyyətini kəsb edir.
İnsan hüquqları əslində çox adi görünən, amma ən əvəzolunmaz dəyərlərimizin qorunmasıdır. Məhz bu dəyərlərin mənasını anlayan hər kəs insan hüquqlarının önəmini də dərk etmiş olur.
Bu gün vicdani keyfiyyətləri və mənəvi dəyərləri olan hər kəsə həm də bir sual ünvanlayır:
“Mən öz ətrafımda nəyi dəyişə bilərəm ki, dünya bir az daha ədalətli olsun?”
 

Bəzən böyük addımlar atmağa ehtiyac olmur. Kiçik bir yaxşılıq, bir anlayış, bir səmimi baxış belə bəzən bir insanın hüquqlarını, dəyərini, özünü dərk etməsini yenidən oyada bilir. Bəzən bir kəlmə söz belə insan həyatını xilas etmiş olur.


Bəzən önəmsəmədiyimiz və ya fərqinə varmadığımız bir davranışla bir insanın dünyasını yıxmış oluruq. Dolayısı ilə hüquqlarını əzmiş sayılırıq.
Bəzən qəlb qırmaq, könül sındırmağın mahiyyətinin nə qədər acı olduğunu unuduruq.
Kitablarda yazılan insan hüquqları haqqında qanunların yazılmayan tərəfini də mən deyim sizə.
 

Ürəyimizi qoruduğumuz kimi ürəkləri də qorumağı bacarsaq, günümüz gülüstana dönər. Gəlin ,bütün ürəkləri qoruyaq. Bir gün üçün deyil, yaşadığımız hər günü insan övladını sevək. Gəlin, təkcə bu günü qeyd etməyək.


Gələn hər günün içində insan olmanın məsuliyyətini, dəyərini, gücünü yaşadaq.
Çünki insan hüquqları bir tarix, bir sənəd və ya bir təqvim günü yox, bizim hər gün seçdiyimiz münasibət və davranışlardır.
Gülər Mübariz
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Dekabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri