Icma.az
close
up
RU
Ümumdünya Ticarət Təşkilatına üzvlüyün bir addımlığında...

Ümumdünya Ticarət Təşkilatına üzvlüyün bir addımlığında...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan təşkilatın 19 üzvü ilə danışıqlar aparır

Azərbaycan ABŞ, Avropa İttifaqı (Aİ), Norveç, İsveçrə, Rusiya, Çin, Kanada, Hindistan, Malayziya, İndoneziya, Cənubi Koreya, Argentina, Braziliya, Səudiyyə Ərəbistanı daxil olmaqla, ümumilikdə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) 19 üzvü ilə mallar və xidmətlər üzrə danışıqlar aparır. İqtisadiyyat Nazirliyindən bildirilib ki, bundan başqa, bir sıra üzv dövlətlərdən daxil olan sualların cavablandırılması istiqamətində müvafiq işlər görülür. ÜTT-yə üzvlüyü çərçivəsində ikitərəfli danışıqlarda mal nomenklaturu üzrə idxal tarifləri və müxtəlif xidmət sektorları üzrə bazara çıxış məsələləri, çoxtərəfli danışıqlarda isə ticarət rejimi, o cümlədən, texniki tənzimləmə və s. məsələlər müzakirə olunur.

Bir müddət əvvəl ölkəmizdə səfərdə olan ÜTT-nin baş direktoru Nqozi Okonyo-İveala da ölkəmizdə əlverişli işgüzar mühit və investorlar üçün yaradılan imkanları müsbət dəyərləndirərək Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməsi fonunda bu təşkilata üzvlüyünün yaxın vaxtlarda gerçəkləşəcəyini bildirib.

Rəqabət Məcəlləsi ÜTT-yə üzvlük üçün yeni imkanlar açır

Ümumdünya Ticarət Təşkilatı ilə sıx əməkdaşlıq Azərbaycanın iqtisadi siysətində hər zaman ilk yerlərdən birini tutub və 1995-ci ildən bu mötəbər qurumla sıx əməkdaşlıq edirik. Əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması, bununla da iqtisadi inkişafın artırılması və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasından ibarət olan ÜTT-yə üzvlük üçün ölkəmiz ötən dövrdə iqtisadi-hüquqi addımlar adıb, çoxtərəfli ticarət danışıqlarını həyata keçirib. Respublikamız 1997-ci ildə ÜTT-yə üzv olmaq niyyətini əks etdirən müraciəti ÜTT Katibliyinə təqdim edib və həmin il ÜTT katibliyində ölkəmiz üzrə İşçi Qrup yaradılıb. İndiyə qədər Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı bir neçə iclas keçirilib və üüzvlük prosesi çərçivəsində ABŞ, Avropa İttifaqı, Rusiya, İsveçrə, Tailand, Braziliya, Yaponiya ilə mallar və xidmətlər üzrə ikitərəfli danışıqlarda razılaşmalar əldə olunub. İkitərəfli danışıqlar nəticəsində bir neçə ölkə ilə protokallar imzalanib.

Hazırda öz qanunvericiliyini ÜTT tələblərinə uyğunlaşdıran ölkəmiz 10-dan artıq hüquqi sənədi təkmilləşdirib, gömrük qanunvericiliyini tam optimallaşdırıb. Yeni qəbul edilmiş Rəqabət Məcəlləsi isə artıq Azərbaycanın ÜTT-yə üzv olmasını tam yaxınlaşdırıb.

Orta Dəhliz - qlobal ticarət üçün yeni qapı

Hazırda Azərbaycan Orta Dəhlizin ən etibarlı nöqtələrindən birinə çevrilir, Şərq-Qərb istiqamətində tranzit qovşağı kimi beynəlxalq daşınmaların axıcılığını təmin edir. Bu gün beynəlxalq ticarət icması da Azərbaycanın bu geostrateji və coğrafi mövqeyinin əhəmiyyətini nəzərə alaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılmasında xüsusi təşəbbüskarlıq göstərir, dəstək verir. Bundan başqa, Azərbaycan sərhəd-keçid sistemində ən müasir texnologiyalar tətbiq edərək gömrük rejimini asanlaşdırır, qlobal ticarət tərəfdaşları ilə gömrük dərəcələrinin aşağı salınması istiqamətində addımlar atır. Bir çox ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər imzalayır. Asan ticarətin ən təşviqedici aləti olan Preferensial Ticarət Sazişlərini imzalamaq üçün bir çox ölkələrlə danışıqlar aparır. 2021-ci ildə ilk dəfə olaraq qardaş Türkiyə ilə qarşılıqlı ticarətdə yeni yol açan Preferensial Ticarət Sazişinin qüvvəyə minməsi iqtisadi və ticari əlaqələrdə gömrük rejiminin sadələşdirilməsini təmin edib və bir neçə mal qrupu üzrə gömrük dərəcələrinin azalmasına gətirib çıxarıb. Belə sazişlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur ki, bu da ÜTT-nin maraqlarına tam cavab verir.

Gömrük Tranzit Portalı ticarəti asanlaşdırır

Ötən ilin sonlarında yaradılan Transxəzər Gömrük Tranzit Portalı da bu strateji hədəflərin bir hissəsidir və beynəlxalq ticarətin asanlaşmasına xidmət edir. Tranzit Portalı xidmətləri asan və şəffaf bir pəncərədə birləşdirən sistem olmaqla, yüklərin tranzit ölkələrin ərazisindən sürətli keçidini təmin edən, quru və dəniz limanları arasında daşınmalar üçün səmərəli nəzarətə şərait yaradan rəqəmsal qovşaqdır. Nəticədə, görülən bütün işlər məhz Ümumdünya Ticarət Təşkilatının tövsiyələrinə tam uyğundur və bu qurumun asan ticarət tələbləri ilə üst-üstə düşür.

Beynəlxalq ticarətdə öz yerini möhkəmləndirmək, ixrac coğrafiyasını daha da genişləndirmək Azərbaycanın yeni iqtisadi hədəflərində də ön sırada yer alır. Milli İxrac Strategiyasına əsasən, Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, yeni bazarların araşdırılması, ixracın stimullaşdırılması və təşviqi istiqamətində sistemli və kompleks tədbirlər, həmçinin  yeni xarici ölkə bazarlarının tapılması və ixrac istiqamətlərinin coğrafi hüdudları müəyyən edilib. “Milli ixrac strategiyası” 15-dən çox hədəf bazarını və 120 çeşid ixrac məhsulunu müəyyən edir. Həmçinin xarici ölkələrə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan sahibkarların fəaliyyətinin təşviq edilməsi, “Made in Azerbaijan” və “İnvest in Azerbaijan” ixrac portalları üzrə sifarişlərin daha qlobal ticarət şəbəkələrinə inteqrasiyasının təkmilləşdirilməsi, iri investorların Azərbaycana gətirilməsi və qeyri-neft istehsalı sahələrinə cəlbi məqsədilə yeni iqtisadi alətlərin tətbiqi strategiya sənədinin əsas prioritetləri sırasında yer alır.

Beləliklə, qlobal nəqliyyat daşınmalarının əsas coğrafi koordinatlarından birinə çevrilən Azərbaycan həm də beynəlxalq ticarətin axınlarını təmin etməyə hazırlaşır. Bu yeni reallıqlar ölkəmizin ÜTT-yə üzvlüyünü labüdləşdirib.

ELBRUS 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Yanvar 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri