Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulması üçün hazırlıq işləri davam etdirilir
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesi və Birləşmiş Ərəb Əmirlikləri ilə hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi üzrə görülmüş işlər barədə məlumatların Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasına təqdim edilməsi planlaşdırılır.
“APA-Economics” xəbər verir ki, bu Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Beynəlxalq ticarət” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən təsdiq edilən 2025-ci il üzrə Yol Xəritəsində öz əksini tapıb.
Yol xəritəsinə görə, cari ilin 1 oktyabr tarixinə qədər Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı işçi qrupun növbəti iclasının keçirilməsinə hazırlıq işlərinin görülməsi nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 21 Avqust 2025 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















