Ümumi təyinatlı internat tipli məktəbin şagirdləri narkotiklərin məhvedici təsiri barədə məlumatlandırılıblar
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 26 dekabr, AZƏRTAC
İnternat tipli ümumi təhsil müəssisələrində olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların narkomanlıq və onun fəsadları barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 9 nömrəli ümumi təyinatlı internat tipli ümumi təhsil məktəbində “Sağlam gələcək naminə” mövzusunda tədbir təşkil edilib.
İşçi Qrupundan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə rayon icra hakimiyyətinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Bakı Şəhər Narkoloji Mərkəzinin nümayəndələri mövzu ətrafında çıxış edərək şagirdlərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat veriblər. O cümlədən asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmağın vacibliyi xüsusilə vurğulanıb, gələcək ixtisas və karyera seçimi ilə bağlı tövsiyələrini bölüşüblər.
Sonda İşçi Qrupunun hazırladığı “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar iştirakçılara paylanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 26 Dekabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















