Icma.az
close
up
RU
“Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində görüş

“Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində görüş

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində Türk Ağsaqqalları Birliyinin sədri, Əməkdar elm xadimi, professor Sudeif İmamverdiyev ilə BDU tələbələrinin görüşü keçirilib. Universitetdən SİA-ya bildirilib ki, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Vurğulayıb ki, Ulu Öndərin zəngin irsinin, azərbaycançılıq ideologiyasının tələbə və gənclərə aşılanması onların milli ruhda formalaşması üçün vacib addımlardan biridir. YAP tərəfindən bu istiqamətdə çoxşaxəli tədbirlər görülür, ölkənin ali təhsilinin flaqmanı olan Bakı Dövlət Universiteti də bu işə öz layiqli töhfəsini verir.

BDU rektorunun elm və təhsil üzrə müşaviri Aydın Kazımzadə çıxışında həm Ümummilli Liderin, həm də Prezident İlham Əliyevin BDU-ya göstərdiyi diqqət və qayğıdan danışıb.

Türk Ağsaqqalları Birliyinin sədri Sudeif İmamverdiyev məruzəsində Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində təhsil siyasətindən bəhs edib. O bildirib ki, bu siyasət ölkəmizin davamlı və dayanıqlı inkişafına xidmət edib: “Ulu Öndər 1969-1982-ci illərdə kadrların milliləşdirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirdi. Dövlət qurumlarında azərbaycanlı kadrlar irəli çəkildi, azərbaycanlı gənclər keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi, ana dilimizə diqqət artırıldı, çoxlu təhsil müəssisələri açıldı, iqtisadiyyatımız inkişaf etdi. Bütün bunlar müstəqil dövlətin təməl daşları idi”.

Qeyd olunub ki, müstəqillik illərində Ulu Öndərin xilaskarlıq missiyası sayəsində Azərbaycanda siyasi və iqtisadi sabitlik yarandı.

“Ümummilli Liderin Azərbaycan xalqına ən böyük ərməğanı isə özündən sonra Prezident İlham Əliyev kimi siyasi varisini yetişdirməsidir. O siyasi varis ki, ata vəsiyyətini yerinə yetirərək, 30 illik erməni işğalına son qoydu, suverenliyimizi bərpa edərək, tarixi Qələbəni Azərbaycana yaşatdı”, - deyə Türk Ağsaqqalları Birliyinin sədri vurğulayıb.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Dekabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri