Icma.az
close
up
RU
Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizi əbədiləşdirən, dövlətimizi qüdrətləndirən tarixi şəxsiyyətdir

Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizi əbədiləşdirən, dövlətimizi qüdrətləndirən tarixi şəxsiyyətdir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Mingəçevir, 7 may, AZƏRTAC

Mingəçevirdə “Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizi əbədiləşdirən, müstəqil dövlətimizi qüdrətləndirən tarixi şəxsiyyətdir” mövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən tədbirdə şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatları Aydın Mirzəzadə və Əli Hüseynli, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Konfransda Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Çıxışlarda Ulu Öndərin zaman kontekstinə sığmayan, bütün dövrlərdə öz əzəmətini hiss etdirən dahi şəxsiyyət, böyük lider olduğu qeyd edilib. Vurğulanıb ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan dahi lider Heydər Əliyevin ideyalarının təntənəsidir. Azərbaycan xalqının yaddaşına xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi həkk olunan Ulu Öndərlə fəxr etməkdə haqlıdır və gələcək nəsilləri onun şəxsiyyətinin timsalında tərbiyə etməyə mənəvi haqqı var. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, Azərbaycanın suverenliyinin tam bərpa olunduğu qürur hissi ilə vurğulanıb.

Tədbirin sonunda şəhərin incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu tarixdə yerə METEOR YAĞACAQ Azərbaycandan da...

13 Avqust 2025 04:00see199

Qiymət artımı Türkiyəni turistsiz qoya bilər...

11 Avqust 2025 22:25see191

Şimali Makedoniya klubunun futbolçusu: Qarabağ ı məğlub etməyə çalışacağıq

11 Avqust 2025 22:27see180

Maqnetik fırtına xəbərdarlığı: Nə vaxt pik həddə çatacaq və necə qorunmalı?

12 Avqust 2025 01:01see178

Pakistan ordusuna hücum: 9 əsgər həlak oldu

12 Avqust 2025 21:33see164

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi

12 Avqust 2025 02:09see135

Azyaşlı uşaq kimi qarşısındakına naz etmək Rusiyaya yaraşmır

11 Avqust 2025 19:39see134

Mingəçevirdə avtomobilin üzərinə ağac aşıb

11 Avqust 2025 22:49see131

Öldürüb, meytini də hissələrə bölmüşdü Bakıdakı dəhşətli QƏTLİN TƏFƏRRÜATI VİDEO

11 Avqust 2025 18:32see131

Ərdoğandan ABŞ də əldə olunan razılaşma ilə bağlı açıqlama “Tarixi addım oldu...”

11 Avqust 2025 21:26see130

Paşinyan Tokayevi məlumatlandırıldı

11 Avqust 2025 19:04see130

Britaniya vergi xidməti sosial şəbəkə paylaşımlarını süni intellektlə izlədiyini etiraf edib

12 Avqust 2025 02:00see129

Dövlət Proqramı ilə xaricdə təhsildə ilk! Fotolar

11 Avqust 2025 16:43see125

Laçında yerli təbiətə kimlər qənim kəsiliblər?

12 Avqust 2025 01:17see124

Hansı süni intellekt modeli şahmat turnirinin qalibi olub..?

11 Avqust 2025 22:44see123

Moskvanın şərqində yaşayış binasında yanğın baş verib

11 Avqust 2025 18:39see120

Telegram 3,5 milyon cərimələndi

12 Avqust 2025 05:31see120

Bu universitetin dosenti vəfat etdi FOTO

11 Avqust 2025 16:03see119

Üçbucaq pendirin sirri: Savaş illərindən süfrələrə

12 Avqust 2025 01:19see118

Husilər PUA larla İsrailə zərbələr endiriblər

13 Avqust 2025 01:16see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri