Icma.az
close
up
RU
Ümummilli lider və dövlət qadın siyasəti

Ümummilli lider və dövlət qadın siyasəti

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünən AMEA-da “Ümummilli lider Heydər Əliyevin ictimai görüşlərində gender amili” mövzusunda dəyirmi masa keçirilib.

Məclisi giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ulu öndər Heydər Əliyevin xatirəsinin həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda dərin hörmət və ehtiramla yad edildiyini bildirib. “Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində və tanıdılmasında, dünyada söz sahibi olan ölkələrdən birinə çevrilməsində Ümummilli liderin misilsiz rolu olub” – söyləyən AMEA rəhbəri Heydər Əliyevin mübarizə keçdiyi yolunun, qazandığı təcrübənin, titanik xidmətlərin dünya xalqları üçün bir nümunə, insanlar üçün örnək olduğunu diqqətə çatdırıb.

Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə AMEA-nın inkişafını diqqət mərkəzində saxladığını deyən akademik qeyd edib ki, rəhbərlik etdiyi qurumun 80 illik yubiley tədbirlərinin zirvəsi Prezident İlham Əliyevin 3 noyabr 2025-ci il tarixində Akademiyanın yığıncağında iştirakı və dərin məzmunlu nitqlə çıxışı etməsi oldu. Dövlət başçısının tarixi çıxışı Azərbaycan aliminə, elminə, ziyalısına və Milli Elmlər Akademiyasına dövlət səviyyəsində diqqətin ifadəsidir.

Bildirilib ki, ulu öndər Heydər Əliyev dünyaya mükəmməl dövlətçilik təlimi təqdim edib. Dahi rəhbər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqımıza ləyaqətlə xidmət edib, zəka və bacarığını Azərbaycan xalqının rifahına, milli dövlətçilik ideyalarının gerçəkləşdirilməsinə həsr edib. Heydər Əliyevin ideyaları, dövlətçilik kursu bu gün də yaşayır, müstəqil Azərbaycan dövlətinin inkişafına, möhkəmlənməsinə xidmət edir və dünyaya müstəqil dövlət olmağın nümunələrini təqdim edir.

Ulu öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səylərinin hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir çağırışlara uyğun olaraq inkişaf etdirilir.

Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünyada layiqli yerini tutub, beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınıb. Böyük rəhbərin zəngin həyat yolu və siyasi fəaliyyətinin önəmi yeni nəsillərə layiqincə çatdırılmalıdır.

Sonra ulu öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Dəyirmi masada AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva, İctimai Elmlər Bölməsi elmi şurasının sədr müavini, akademik Nərgiz Axundova, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, dosent Xatirə Quliyeva, YAP Veteranlar Şurasının üzvü, AMEA-nın Qadınlar Şurasının İdarə Heyətinin üzvü, həkim-ictimaiyyətçi Zərifə Quliyeva və Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Gülşən Allahverdiyeva çıxış edərək Ümummilli liderin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında xidmətlərindən danışıblar.

Qabil YUSİFOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Dekabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see256

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see248

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see240

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see236

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see234

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see230

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see224

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see218

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see217

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see216

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see205

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see203

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see200

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see200

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see200

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see199

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see198

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see197

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see194

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri