Icma.az
close
up
RU
Ümummilli Liderin 102 ci ildönümünə həsr olunan voleybol yarışına start verilib

Ümummilli Liderin 102 ci ildönümünə həsr olunan voleybol yarışına start verilib

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı və 124 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Xəzər rayon  ümumtəhsil məktəblərinin şagirdləri arasında voleybol idman yarışına start verilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

İdman yarışını  giriş sözü ilə açan Yap Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov  iştirakçıları salamlayaraq ilk öncə ölkəmizin idman sahəsində əldə etdiyi uğurlardan geniş bəhs edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsinin əsas məqsədləri ümummilli lider Heydər Əliyevin anadan olmasını təntənəli surətdə qeyd etmək, gəncləri bədən tərbiyəsi və idmanla aktiv məşğul olmağa cəlb etmək, gənclərin fiziki sağlamlığını möhkəmləndirərək sağlam həyat tərzini təbliğ etmək, rayon ərazisində idman yarış və tədbirlərinin ənənələrini qoruyub saxlamaqdan ibarətdir.

Çıxışın sonunda hər bir komandaya uğurlar arzu edilib.

Xəzər rayon 124 saylı tam orta məktəbin direktoru Reyhan Ələkbərova çıxış edərək ümumtəhsil məktəblərində uşaq, yeniyetmə və gənclərin yaradıcılıq tələbatının ödənilməsi, asudə vaxtlarının səmərəli təşkili, məktəblilərin idmana olan marağının daha da artırılması, fiziki inkişafının təmin edilməsi məqsədilə belə tədbirlərin kütləvililiyinin artırılacağını bildirib.

Çıxışın sonunda iştirakçılara uğurlar arzu edilib.

Çıxışlardan sonra yarışlarda iştirak edəcək komandaların məşqçilərinin iştirakı ilə püşk atma mərasimi keçirilib və yarışa start verilib.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə idman yarışları 2025-ci ilin aprel ayının 21-dən etibarən başlanıb.

Yarışlarda iştirak edəcək komandaların hər birinə uğurlar arzu edirik!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Aprel 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see301

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see217

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see214

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see180

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see161

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see159

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see150

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri