Icma.az
close
up
RU
Ümummilli Liderin əziz xatirəsi Gəncədə qeyd olundu FOTOLAR

Ümummilli Liderin əziz xatirəsi Gəncədə qeyd olundu FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncədə müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə Gəncə şəhərində formalaşmış memarlıq mühiti” mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə baş tutan konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, Gəncə Şəhər Məhkəməsinin sədri Xaqani Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Şahin Eyyubov, Gəncə şəhər prokuroru Rauf Gözəlov, Gəncə şəhər hərbi prokuroru Emin Vəliyev, həmçinin idarə, müəssisə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzi meydanında ucaldılan abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb, xatirəsinə dərin ehtiram ifadə edilib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin birinci və ikinci hakimiyyəti illərində siyasi fəaliyyətini əks etdirən fotoşəkillərə baxış keçirilib.

Tədbirin rəsmi hissəsində Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Niyazi Bayramov bildirib ki, Ulu Öndərin Gəncəyə olan münasibəti həmişə fərqli və səmimi olub: “Ulu Öndər Heydər Əliyev Gəncəyə gələndə sadəcə rəsmi açılışlar etməzdi. O, insanlarla səmimi ünsiyyət qurar, hər bir gəncəlisinin qayğısı ilə maraqlanardı. Məhz bu səmimiyyət və xalq sevgisi bu gün Gəncənin simasında yaşayır”. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən eyni qətiyyətlə davam etdirilir. Ulu Öndərin ən böyük vəsiyyəti olan torpaqlarımızın azadlığı artıq reallıqdır və biz bu gün bu tədbiri qalib bir xalqın nümayəndələri kimi keçiririk.

Bayram Aslanov çıxış edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyəti bu gün də Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir. Onun müəyyən etdiyi siyasi kurs ölkəmizin davamlı inkişafını təmin etmiş, Azərbaycanı regionun lider dövlətlərindən birinə çevirmişdir. Bu siyasət bu gün də möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır.

Tədbirin davamında AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, SN “Gəncə Tibb Kolleci” PHŞ-nin direktoru, Əməkdar həkim Mehman Rzayev və “Gəncə Əlvan Metal Emalı” ASC-nin İdarə Heyətinin sədri Nurəddin Hüseynov çıxış ediblər. Çıxışlarda Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi illərində Gəncə şəhərinin planlı şəkildə böyüdülməsi, yeni yaşayış massivlərinin salınması, təşəbbüsü ilə Gəncənin ölkənin mühüm sənaye mərkəzlərindən birinə çevrilməsi, həmçinin ölkənin ikinci böyük şəhərində səhiyyənin inkişafı istiqamətində görülən işlərdən bəhs olunub.

Yekunda Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 May 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri