Icma.az
close
up
RU
Ümumxalq Hüzn Günü Düşənbədə qeyd olunub AZƏRTAC

Ümumxalq Hüzn Günü Düşənbədə qeyd olunub AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 20 yanvar, AZƏRTAC

Düşənbədə 20 Yanvar – Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş anım tədbiri və mətbuat konfransı keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Tacikistandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın Tacikistandakı Səfirliyinin təşkilatçılığı ilə baş tutmuş anım tədbirində əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələrinin müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün Bakı şəhərində ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətdiyini, lakin bu qanlı cinayətin insanların azadlıq eşqini söndürə bilmədiyini, xalqımızın qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşduğunu diqqətə çatdırıb.

Mətbuat konfransı zamanı jurnalistlər 20 yanvar faciəsi ilə yanaşı, Qazaxıstanda baş vermiş təyyarə qəzası, azərbaycanlıların Qərbi Azərbaycana qayıdış məsələsi, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı son işlər, Tacikistan-Azərbaycan əlaqələrinə dair suallar səsləndiriblər. Əlimirzamin Əskərov sualları ətraflı cavablandırıb.

Qeyd edilib ki, tədbir çərçivəsində Səfirlikdə “Qanlı Yanvar”a həsr olunmuş guşə də yaradılıb və faciə ilə bağlı videoçarx nümayiş etdirilib. Guşədə 20 Yanvar faciəsi haqqında məlumatlar və hadisənin dəhşətli anlarını əks etdirən fotoşəkillər sərgilənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Yanvar 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri