Ümumxalq Hüzn Günü ilə bağlı hazırlıq işləri... FOTOLAR
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Şəhidlər xiyabanında 20 yanvar faciəsinin 36-ci ildönümü ilə bağlı hazırlıq işləri görülüb.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Şəhidlər xiyabanında cari təmir, geniş təmizlik və abadlıq işləri aparılıb.
Xiyabanda Hüzn günü ilə bağlı kompozisiyalar yaradılıb.
Qeyd edək ki, növbəti həftə 20 Yanvar hadisələrinin 36-ci ildönümü tamam olacaq.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq Hüzn Günü kimi qeyd olunur.
Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 17 Yanvar 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















