Icma.az
close
up
RU
Ünal Üstel: “ŞKTC beynəlxalq idman tədbirlərini uğurla təşkil edə biləcək gücə sahib olduğunu bir daha sübut etdi”

Ünal Üstel: “ŞKTC beynəlxalq idman tədbirlərini uğurla təşkil edə biləcək gücə sahib olduğunu bir daha sübut etdi”

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel Şimali Kipr Tennis Federasiyası tərəfindən ilk dəfə təşkil olunan “Hülya Avşar Tennis Cup 2025” turniri çərçivəsində adada səfərdə olan tanınmış sənətçi Hülya Avşarı qəbul edib.

Bizimyol.info xəbər verir ki, görüşdə Hülya Avşar, belə nüfuzlu və beynəlxalq səviyyəli bir tennis turnirinin ŞKTC-də keçirilməsindən böyük qürur duyduğunu bildirib. O, turnirin təşkilatçılıq səviyyəsini, gənc idmançıların çıxışını və ev sahibliyi mədəniyyətini yüksək qiymətləndirərək, Şimali Kiprdə olmaqdan məmnunluğunu ifadə edib.

Baş nazir Üstel çıxışında ŞKTC-nin uzun illərdir ədalətsiz idman izoliyasiyasına məruz qaldığını, buna baxmayaraq beynəlxalq turnirlərin yüksək səviyyədə təşkil olunmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, belə tədbirlər gənc idmançılara təcrübə qazandırmaqla yanaşı, ölkənin idman potensialını da dünyaya nümayiş etdirir.

Üstel turnirin hər il ənənəvi şəkildə keçirilməsi təşəbbüsünü dəstəklədiklərini bildirib və idmanın ölkənin inkişafında mühüm rol oynadığını qeyd edib. Hökumətin bu sahədə mühüm infrastruktur layihələr həyata keçirdiyini xatırladaraq, bütün idman növlərində inkişaf üçün imkanların səfərbər edildiyini vurğulayıb.

Baş nazir əlavə edib ki, bu cür beynəlxalq tədbirlər ŞKTC-nin adını yalnız Türkiyədə deyil, dünya tennis ictimaiyyətində də daha güclü şəkildə tanıtmağa xidmət edir. Gənc idmançılar üçün motivasiya mənbəyi olan bu tədbirlərə hökumət olaraq tam dəstək verməyə davam edəcəklərini bildirib.

Məlumata görə, 17 ölkədən 398 idmançının iştirak etdiyi “Hülya Avşar Tennis Cup 2025” turniri, Şimali Kiprin idman turizmi potensialını və beynəlxalq tədbirlərə ev sahibliyi qabiliyyətini bir daha ortaya qoyub.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 May 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri