UNCTAD ın Baş katibi: Bərpa olunan enerji 80 faizə çatdırılmasa, iqlim böhranı qalacaq
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Qlobal iqtisadi inkişafla müqayisədə İKT-nin inkişafı inanılmazdır.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində BMT Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan bildirib.
Ticarətin inkişafı sahəsində səylərinə görə Azərbaycan Prezidentinə təşəkkür edən Rebeka Qrinspan deyib ki, rəqəmsal eranı hər yerdə görmək olar: “Çoxqütblülük seçim deyil, faktdır. Geosiyasət və milli təhlükəsizlik bir çox ölkələrdə bir-birini tamamlayır. Ölkələr tariflərin 95 faizini milli təhlükəsizliklə əlaqədar qəbul etdiklərini açıqlayıblar. Ümumdünya Ticarət Təşkilatı isə ölkələri tarifləri aradan qaldırmağa çağırıb”.
BMT Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi qeyd edib ki, bərpa olunan enerjinin çəkisi ümumi elektrik enerjisində 80 faizə çatdırılmasa, iqlim böhranı qalacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 13 Mart 2025 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















