Icma.az
close
up
RU
UNEC də 5 ulduza layiq görüldü FOTO

UNEC də 5 ulduza layiq görüldü FOTO

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 95 illik yubileyi ərəfəsində yeni uğura imza atıb.

"Unikal" ki, UNEC dünyanın nüfuzlu reytinq agentliklərindən olan “QS Quacquarelli Symonds” tərəfindən aparılan “QS Stars” auditində 7 kateqoriya üzrə maksimal 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib.

Ümumilikdə 9 fərqli kateqoriya üzrə aparılan auditdə UNEC-in tədris prosesi, məzunların məşğulluğu, idarəetmə sistemi, infrastrukturu, maliyyə, inklüziv mühiti, sosial aktivlik, beynəlxalq əməkdaşlıqla bağlı fəaliyyətləri maksimum 5 bal ilə qiymətləndirilib. Bu nəticə UNEC-də həmin sahələr üzrə fəaliyyətin dünya standartlarına uyğun həyata keçirildiyini bir daha təsdiqləyir. 

Kateqoriyalar üzrə auditin nəticələri aşağıdakı kimidir:

Tədris – 5 ulduz (mükəmməl)

-UNEC tədris proseslərinin tam rəqəmsallaşdırılması sahəsində beynəlxalq standartlara cavab verməklə, eləcə də tədris prosesinin müasir həllərlə keyfiyyət təminatına görə bu kateqoriya üzrə 5 ulduza layiq görülüb.

İnfrastruktur - 5 ulduz (mükəmməl)

- UNEC bu kateqoriya üzrə mükəməlliyə kampus infrastrukturu, kitabxana, kampusdaxili klinika, tələbə təşkilatlarının fəaliyyətinin yüksək səviyyədə təşkilinə görə layiq görülüb.

Proqram nüfuzu: Maliyyə - 5 ulduz (mükəmməl)

- Magistr təhsil pilləsində “Maliyyə” ixtisasının tələbələrinin məşğulluq səviyyəsi, məmnuniyyəti və digər parametrlər üzrə qiymətləndirmə nəticələrinə əsasən, UNEC 5 ulduza layiq görülüb. Xüsusilə təqdirəlayiq element UNEC-in 3 ixtisasının beynəlxalq FİBAA akkreditasiyasından keçməsi olub.

• Məşğulluq - 5 ulduz (mükəmməl)

- Məzunların işlə təminatı, tələbələrə təcrübə proqramları üçün göstərilən dəstək xidmətləri, ölkəmizdə, eləcə də xaricdə özəl və dövlət qurumlarında çalışan 2000-dən çox nüfuzlu məzun sayəsində reallaşan güclü sənaye əlaqələri ilə bu önəmli nailiyyət qazanılıb.

Effektli İdarəçilik - 5 ulduz (mükəmməl)

- Tam rəqəmsal sənəd dövriyyəsi sistemi, inzibati proseslərin elektron vasitələrlə həyata keçirilməsi, strateji hədəflərin dəqiq ölçüləbilən və detallı fəaliyyət planı ilə əhatə olunması, müasir çağırışlara cavab verən idarəetmə sistemi sayəsində UNEC 5 ulduza layiq görülüb.

Sosial Təsir - 5 ulduz (mükəmməl)

- UNEC-in həyata keçirdiyi sosial layihələr, xüsusi kateqoriyaya aid olan tələbələrə göstərilən dəstək mexanizmləri, strateji fəaliyyət planına əsasən sosial istiqamətdə nəticəyönümlü addımlar UNEC-ə bu kateqoriya üzrə 5 ulduz qazandırıb.

Fərqlilik, bərabərlik və inklüzivlik – 5 ulduz (mükəmməl)

- UNEC beynəlxalq standartlara cavab verən yüksək səviyyəli təhsil müəssisəsi olaraq, inklüziv təhsilə xüsusi önəm verir, hər bir tələbəyə bərabər imkanlar yaradır.

Akademik inkişaf – 4 ulduz (çox yaxşı)

- UNEC-də tələbələrin akademik inkişafına xüsusi diqqət yetirilir. Universitet daim təhsil proqramlarını yeniləyir, müəllimlərin və tələbələrin elmi fəaliyyətini dəstəkləyir və onların beynəlxalq akademik mühitə inteqrasiyasına şərait yaradır.

Qlobal fəallıq – 4 ulduz (çox yaxşı)

- UNEC beynəlxalq istiqamətdə dünyanın qabaqcıl ali təhsil və tədqiqat müəssisələri ilə qurduğu güclü əlaqələr, eləcə də ikili diplom, mübadilə proqramlarının effektiv tətbiqi nəticəsində bu göstəriciyə nail olub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Fevral 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri